ADMİU əməkdaşları üçün Qubaya birgünlük ekskursiya təşkil olunub
İyulun 5-də ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Təsərrüfat şöbəsinin əməkdaşları üçün Quba rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektiv daxilində ünsiyyətin daha da möhkəmləndirilməsi olub.
Səfər zamanı iştirakçılar Qubanın zəngin təbiəti və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək yaddaqalan anlar yaşayıblar.
ADMİU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan bu cür tədbirlər əməkdaşların sosial rifahının yüksəldilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və iş mühitində motivasiyanın artırılmasına xidmət edir.

