Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri “İnklüziv İncəsənət Günləri” layihəsində iştirak etmişdirlər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyinin rəsmi tərəfdaşlığı ilə 3-4 iyul 2024-cü il tarixlərində “İnklüziv İncəsənət Günləri” layihəsi keçirilmişdir. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialını cəmiyyətə təqdim etmək, inklüziv dəyərlərin təşviqinə töhfə vermək, incəsənət vasitəsilə sosial inteqrasiyanı gücləndirmək və ictimaiyyətin diqqətini bərabər iştirak imkanlarının əhəmiyyətinə yönəltmək olmuşdur. Layihə çərçivəsində yaradıcılıq sərgisi, musiqi və rəqs çıxışları, şeir və sənət ifaları, panel müzakirələr, debat sessiyaları, masterklaslar və mükafatlandırma mərasimi təşkil olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının müəllimlərindən dosent Tamilla Əhmədova, dosent Aygün Eyvazlı, Lalə Məcidova və Aynur Rəhimova layihənin açılış mərasimində iştirak etmişlər.