ADMİU müəllimləri Slovakiya Prezidentinin şərəfinə verilən rəsmi naharın konsert proqramında iştirak ediblər
İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin müəllimləri — Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov da iştirak ediblər.
ADMİU müəllimləri yüksək peşəkarlıqla təqdim etdikləri musiqi nömrələri ilə Azərbaycan musiqi mədəniyyətini təmsil ediblər.
Belə yüksək səviyyəli rəsmi tədbirdə universitet əməkdaşlarının iştirakı ADMİU-nun peşəkar yaradıcı potensialının və ölkənin mədəni həyatındakı fəal mövqeyinin növbəti göstəricisidir.

