ADMİU 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq üçün qəbul elan edir
26 May 2025
№ | İxtisasın şifri | İxtisasın adı |
1 | 050301 | Aktyor sənəti |
2 | 050302 | Bədii yaradıcılıq və ekran dramaturgiyası |
3 | 050304 | Dekorativ-tətbiqi sənət (sahələr üzrə) |
4 | 050306 | Dizayn (sahələr üzrə) |
5 | 050308 | İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri);Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban, qarmon); |
6 | 050309 | Musiqişünaslıq |
7 | 050310 | Muzey, arxiv işi və abidələrin qorunması |
8 | 050311 | Operator sənəti |
9 | 050312 | Populyar musiqi və caz ifaçılığı (vokal) |
10 | 050313 | Qrafika |
11 | 050314 | Rejissorluq |
12 | 050315 | Rəngkarlıq |
13 | 050316 | Sənətşünaslıq (sahələr üzrə) (təsviri sənətin tarixi və nəzəriyyəsi) (teatrşünaslıq) (kinoşünaslıq) |
14 | 050317 | Vokal sənəti (xanəndəlik) |
15 | 050209 | Kitabxanaçılıq və informasiya fəaliyyəti |
16 | 050213 | Sosiologiya |
17 | 050807 | Sosial iş |
18 | 050809 | Turizm bələdçiliyi |
19 | 050810 | Turizm işinin təşkili |
QEYD: bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir. |
Təkrar ali təhsil almaq istəyənlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçdikdən sonra 20 avqust 2025-ci il tarixinədək aşağıda qeyd olunan sənədləri ADMİU-nun Ümumi Şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.
Tələb olunan sənədlər :
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
- 2025-ci ilin məzunları bakalavr səviyyəsini bitirməsi haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript
- 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında)
- Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd)
- Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)
- Seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işi.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Təhsilalma tədrisə tam(fulltime) və ya qismən(parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır.Təhsil haqqı müqavilə əsasında ödənilir.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Email: info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54