ADMİU-da 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova açılış nitqi ilə çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. Rektor şəhidlərin Vətən qarşısında göstərdiyi misilsiz qəhrəmanlığın daim ehtiramla anıldığını vurğulayıb.
Tədbir çərçivəsində ADMİU-nun Vətən müharibəsində iştirak edən qazi məzunu Cavid Arzumanov və əməkdaşı Arif Hüseyn də çıxış ediblər.
Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist Azad Şükürov çıxış edərək Anım Gününün mənəvi əhəmiyyətindən danışıb.
Daha sonra ADMİU-nun müəllimi Pərvanə Namazovanın ifasında Xalq şairi Musa Yaqubun “Şəhidlərə Bahar Salamı” şeiri dinlənilib.
Tədbirdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Proqramın sonunda Musiqi sənəti fakültəsinin tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.