ADMİU-da müəllimlər üçün süni intellekt üzrə praktik təlim keçiriləcək

2 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müəllimlər üçün “AI ilə daha asan tədris” adlı praktik təlim keçiriləcək.

Təlim çərçivəsində süni intellekt alətləri vasitəsilə dərs planlarının, tədris materiallarının, təqdimat və vizual materialların, eləcə də test və tapşırıqların hazırlanması imkanları praktiki nümunələrlə təqdim olunacaq. Həmçinin süni intellektdən etik və düzgün istifadə prinsiplərinə diqqət yetiriləcək.

Təlimin məqsədi müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və tədris prosesində süni intellektdən səmərəli istifadəni təşviq etməkdir.

İştirak üçün aşağıdakı link vasitəsilə keçid etməyiniz xahiş olunur :

https://docs.google.com/forms/d/e/1FAIpQLSewCvLvdY61javdlGAAKSlA0Q14zzwHwxs_6Z5ZbNbU5C4Rkg/viewform