ADMİU-nun məzun və tələbələrinin iştirakı ilə “Parfümer” tamaşası nümayiş olunub
2026-cı il iyunun 21-də Heydər Əliyev Sarayında “WhiteRoof” teatr studiyasının alman yazıçısı Patrik Züskindin eyniadlı əsəri əsasında hazırladığı “Parfümer” tamaşası nümayiş olunub.
Tamaşanın prodüseri Ziya Ağa, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin RS24 qrupunun tələbəsi Oksana Rəsulova, bəstəkarı (Şimali Makedoniya) Almir Bajramoski, xoreoqrafı və baletmeysteri Əməkdar artist Anar Mikayılov, səhnələşdirən isə Könül Məmmədova olub.
Tamaşada əsas rolları Ziya Ağa, Elnur Kərimov, Elşən Rüstəmov, Nicat Məmmədov, Tural Rzayev, Əfqan Sultanov, Əsmər Mənsumova və Zəhra Paşazadə ifa ediblər.
Tamaşada həmçinin, ADMİU-nun məzun və tələbələri Sahib Əhmədov, İsmayıl İmanverdiyev, Əli Zeynalov, Nur Paşazadə, Elvina Süleymanova, Nigar Məmmədli, Əsmər Süleymanova, Zəhra Hüseynova, Gülnaz Haviyeva, Fatimə Əliyeva, Fatimə İbrahimova, Amalya Yusubova, Gülər Məhərrəmova, Elmin Qiyaslı və digər tələbələr də iştirak ediblər.

