ADMİU-nun müəllimi “Baku Art Weekend” çərçivəsində keçirilən sərgidə iştirak edib
Noyabrın 1-də ADA Universitetində “Baku Art Weekend” incəsənət proqramı çərçivəsində Amerika Birləşmiş Ştatların yaranmasının 250 illiyinə həsr olunmuş “We The Artists” adlı sərgi keçirilib.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimi, Əməkdar rəssam, dosent Vüqar Əli fə müəllifi olduğu əsərlə iştirak edib.
Müxtəlif sənət istiqamətlərini bir araya gətirən tədbirin proqramında sərgi ilə yanaşı, “The Hammer: Portrait of Simon de Pury” filminin nümayişi, heykəltəraşlıq nümunələri ilə tanışlıq gəzintisi və Joachim Pissarronun mühazirəsi yer alıb.
Vüqar Əlinin sərgidə iştirakı ADMİU-nun yaradıcı heyətinin bədii axtarışlarının daha geniş auditoriyaya təqdim olunması və universitetin ölkənin mədəniyyət həyatında təmsilçiliyi baxımından əhəmiyyət daşıyır.

