ADMİU-nun müəllimləri Zəfər gününə həsr olunmuş sərgidə iştirak ediblər

Noyabrın 7-də Türk Dünyası Rəsm Qalereyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin işığı 2026” adlı rəsm sərgisi keçirilib.

Sərgidə ADMİU-nun professoru, Xalq rəssamı, Əməkdar incəsənət xadimi Arif Əziz və universitetin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Fidan Cəfərli iştirak ediblər.

Tədbiri Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov açaraq sərginin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Daha sonra Əməkdar incəsənət xadimi, Xalq rəssamı, ADMİU-nun professoru Arif Əziz və Türk Dünyası Rəssamlar Akademiyasının prezidenti, Xalq rəssamı Sakit Məmmədov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, professor, doktor Tarek Məhəmməd Əbul-Futuh çıxış edərək Zəfər Gününün milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyətini vurğulayıb, sərginin bədii və mədəni önəmindən bəhs ediblər.

Sərgi çərçivəsində iştirakçıların əsərlərini əks etdirən kataloq nəşr olunub. Tədbirin sonunda sərgi iştirakçılarına diplomlar təqdim edilib.