ADMİU-nun müəllimlərinin əsərləri WUF13-də sərgilənib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri Mir Azər Abdullayev və Röya Həsən, eləcə də Təsviri incəsənət müəllimliyi ixtisası məzunu Aydan Babayeva “AMİSS” İctimai Birliyi, “Leyla Khazary” Art qallery və “Arts Council Azerbaijan”-ın dəvəti ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) fəal şəkildə iştirak ediblər.
Forumda onların əsərləri sərgilənib, eyni zamanda forum iştirakçıları üçün ustad dərsləri keçiblər.
Mayın 21-də Mir Azər Abdullayevin “Şəhər həyatında sənətkarlığın canlı ənənələri” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

