ADMİU-nun müəllimlərinin məqalələri beynəlxalq elmi nəşrlərdə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Muzeyşünaslıq və turizm kafedrasının əməkdaşları beynəlxalq elmi nəşrlərdə dərc olunan məqalələri ilə universitetin elmi fəaliyyətinə töhfə verməkdə davam edirlər.

Kafedranın baş müəllimi Aida İsmayılova Zahid qızının “Silver bowl found in Mingachevir: about the period and origin” (“Mingəçevirdə aşkar edilmiş gümüş kasa: dövrü və mənşəyi haqqında”) adlı elmi məqaləsi 2025-ci ildə Поволжская археология jurnalının 4-cü sayında (№ 4 (54), s. 198–203) dərc olunub. Məqalə Scopus elmi bazasında Q1 kvartilli nəşr kimi təqdim olunur.

Kafedranın baş müəllimi Aysel Vaqif qızı Həsənovanın “Urban rural disparities in public library collections and user services (a regional comparative study of Azerbaijan (2014–2024)” adlı məqaləsi isə 2026-cı ildə Natural Resources for Human Health jurnalının 6-cı cildinin 18s sayında (s. 1043–1055) nəşr edilib. Məqalə Scopus elmi bazasında Q3 kvartilli jurnalda dərc olunub.

Kafedranın müəllimi Elşad Maksim oğlu Mustafayevin “Assessment of the potential of eco-cultural heritage in the development of sustainable tourism in Azerbaijan (on the example of Shusha city, Tugh, Taghlar and Azykh villages)” adlı elmi məqaləsi 2026-cı ildə GeoJournal of Tourism and Geosites jurnalının XIX cildinin 67-ci sayında (№ 3, s. 1918–1925) dərc olunub. Scopus elmi bazasında Q1 kvartilli nəşr kimi göstərilən məqalədə Şuşa şəhəri, Tuğ, Tağlar və Azıx kəndlərinin timsalında Azərbaycanda ekomədəni irs potensialının dayanıqlı turizmin inkişafındakı rolu qiymətləndirilir.

Qeyd edək ki, məqalələr arxeologiya, kitabxana-informasiya fəaliyyəti və dayanıqlı turizm kimi müxtəlif elmi istiqamətləri əhatə edir. Bu nəşrlər kafedra əməkdaşlarının elmi-tədqiqat fəaliyyətinin inkişafına, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsinə və universitetin elmi nüfuzunun artırılmasına xidmət edir.