ADMİU-nun tələbəsi violin ifaçısı Dmitri Sitkovskinin ustad dərsində iştirak edib
Noyabrın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünya şöhrətli violin ifaçısı Dmitri Sitkovskinin ustad dərsi (master-klassı) keçirilib.
Ustad dərsində ADMİU-nun Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının IV təhsil ili tələbəsi Akhadova Ainur müəllim Səbinə Kasumovna Quliyevanın rəhbərliyi ilə uğurlu çıxış edib. Tələbə M.Ponce – J. Heifetzin işləməsində “Estrellita” əsərini ifa edib. Konsertmeyster qismində baş müəllim Leyla Parlanova çıxış edib.
Dmitri Sitkovski Aynurun ifaçılıq istedadını xüsusi vurğulayaraq, təqdim etdiyi ifanı və müəllimi tərəfindən seçilmiş əsərin uğurlu repertuar seçimi olduğunu yüksək qiymətləndirib.
Belə nüfuzlu ustad dərslərində iştirak tələbələrin peşəkar təcrübəsinin zənginləşməsi, ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq musiqi mühitində dünyagörüşlərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

