ADMİU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub
21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun nüfuzlu mədəniyyət tədbirlərindən biri olan XII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzi universitetin professor-müəllim heyətinin müəllifi olduğu tədris nəşrlərini nümayiş etdirib.
Sərgi çərçivəsində ADMİU-nun Kulturologiya fakültəsinin “Kitabxana-informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Yusifova Ülkər, Nurulu Vüsal, Əbilov Mirhəmid və Musayeva Aygün könüllü kimi iştirak ediblər.
XII Bakı Beynəlxalq Kitab Sərgisi kitab və mütaliə mədəniyyətinin təbliği, elmi biliklərin yayılması, nəşriyyat fəaliyyətinin təşviqi, eləcə də kitabxana-informasiya sahəsində təcrübə mübadiləsinin və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ADMİU Kitabxana-informasiya Mərkəzinin sərgidə iştirakı universitetin elmi-tədris nəşrlərinin daha geniş auditoriyaya tanıdılmasına, kitab mədəniyyətinin təşviqinə və tədris resurslarının təbliğinə mühüm töhfədir. Tələbələrin könüllü fəaliyyəti isə onların nəzəri biliklərinin təcrübədə tətbiqi, peşəkar bacarıqlarının inkişafı və ixtisas üzrə təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

