Bu kafedra 2011-ci ildə təsis edilmişdir. Şifahi ənənəvi musiqimizin ulu kökünü təşkil edən bu qolunun tədrisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kifayət qədər zəngin ənənələrə malikdir.
Bu baxımdan Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanda aşıq sənətini məqsədyönlü şəkildə tədris edən ilk ali tədris ocağıdır desək, səhv etmərik. Məlumdur ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir. Bu, aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrdən biri kimi tarixi rolunu artıq beynəlxalq səviyyədə təsdiqləyir. Mədəniyyət və İncəsənət Universitetində bu qədim sənət növünün tədrisinə böyük qayğı və məsuliyyətlə yanaşılır “Aşıq sənəti” kafedrasında müasir aşıq ifaçılığının müxtəlif mühitlərini təmsil edən ən istedadlı nümayəndələri çalışır. Onu da qeyd edək ki, kafedrada pedaqoji fəaliyyətlə məşğul olan ifaçı – müəllimlər aşıq sənətinin müxtəlif ifaçılıq mühitlərini təmsil edirlər.
Professor-müəllim heyətinin tərkibi:
- Əliyeva Samirə – Kafedra müdiri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Rəhimov Əhliman – Kafedranın məsləhətçi professoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
- Qasımov Nemət – Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Orucov Fəzail – Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Məmmədov Altay – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Kərimov Hafiz – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Səmədzadə Murad – müəllim
- İbrahimli Qəlbinur – müəllim
- Rəncibər İlahə – konsertmeyster
- Hacıyeva Səidə – konsertmeyster
- Məhərrəmova Nigar – laborant
Tədris Olunan Fənlər:
Bakalavriat səviyyəsi üzrə:
- Aşıq sənətinin tarixi və nəzəriyyəsi
- İxtisas – not ifaçılığı
- İxtisas – sahələr üzrə
- Müşayiət sinfi
- Əsas musiqi aləti (Saz)
- Xüsusi pedaqoji hazırlıq
- İxtisasın tədrisi metodikası
Magistratura səviyyəsi üzrə:
- Aşıq sənəti və muğam
- Dastanın epik əsasları
- Dastanın poetik əsasları
- İxtisas
- Vokal sənətinin müasir istiqamətləri (Aşıq sənətinin müasir istiqamətləri)
Kafedra Rəhbəri
Samirə Əliyeva
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent