Fakültənin məzunları kino və televiziya sahəsində çalışırlar.

Fakültə 1988-ci ildə yaradılmışdır.

Kino və televiziya rejissoru və operator sənəti ixtisaslarına müsabiqə əsasında, bədii yaradıcılığa xüsusi meyli, ixtisası mənimsəmək üçün ədəbiyyat və incəsənət sahəsində zəruri bilikləri, mədəni səviyyəsi, müəyyən həyat təcrübəsi, müşahidə qabiliyyəti olan və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanını müvəffəqiyyətlə verən tələbələr qəbul olunurlar.

Sənətşünaslıq (Kinoşünaslıq) və Bədii yaradıcılıq və ekran dramaturgiyası (Ssenarist) ixtisaslarına qəbul isə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan yığılan bal sistemi ilə baş tutur.

Tələbə bakalavr pilləsində təhsil alarkən ixtisas üzrə peşəsinin əsas bilgilərinə yiyələnir. Magistr pilləsində isə artıq ona tanış olan mövzuya həm də elmi münasibət göstərərək onun incəliklərini öyrənir.  

Fakültədə Televiziya və kino tədris studiyası fəaliyyət göstərir. Studiyanın müdiri Azər Tahir oğlu Həsənovdur.

 Audiovizual sənətlər fakültəsində tələbələrə öyrədilən peşə bacarıqları:

  • Audiovizual əsərlərin əsas istiqamətləri və inkişaf mərhələləri haqqında biliklərin istifadə olunması;
  • İncəsənətin inkişaf qanunauyğunluqlarını, tarixini və nəzəriyyəsini öyrənməklə yaradıcı fikir və niyyətin incəsənət bütün sahələrində müxtəlif bədii ifadə vasitələrinin köməyi ilə tətbiqi;
  • Tarixi kontekstdə kino sənəti və televiziyanın inkişafını digər incəsənət sahələrinin, ədəbiyyatın, eləcədə humanitar elmlərin fəlsəfi, estetik, dini ideyaların konkret tarixi dövrdəki inkişafı şəraitində anlamaq və dəyərləndirmək;
  • Audiovizual əsərlərin çəkilişi və təşkili;
  • Kino və digər audiovizual məhsulların fondlarının formalaşdırılması, sistemləşdirilməsi və saxlanması üzrə arxiv fəaliyyətinin öyrədilməsi;
  • Peşəkar yaradıcı kollektivdə bədii ideyanı reallaşdırmaq, idarəetmək və çəkiliş qrupu ilə əməkdaşlıq etmək bacarığının öyrədilməsi;
  • Kino çəkilişi avadanlıqlarının istifadəsi, idarə edilməsi və kinonun əsas ifadə vasitələrinin öyrənilməsi;
  • Dramaturji əsərlərin yaradılma texnologiyasının mənimsənilməsi, montajın audiovizual əsərlərin əsas kompozisiya vasitəsi olmasının dərk edilməsi.

Dekan

Gülnarə Hüseynova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ətraflı

Dekan Müavini

Vəfa Mirzəyeva