ADMİU-da Twinning proqramı çərçivəsində görüş keçirilib

     10.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Avropa ittifaqının maliyyə dəstəyi ilə Vyana şəhəri İşçi Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə icra olunaraq ölkəmizdə həyata keçirilən Twinning proqramının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub. Daimi Twinninq müşaviri Herbert Paulişin I və II […]

ADMİU-nun “Sosial iş” fakültəsinin tələbələrinə ustad dərsi verilib

     07.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qızıl aypara cəmiyyətinin “Sağlamlıq” proqramının rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun “Pediatriya” kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova 1-ci kurs Sosial iş fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsin mövzusunu “10 oktyabr ümumdünya psixi sağlamlıq günü” təşkil edib.

ADMİU-da Sabirə Dünyamalıyeva ustad dərsi keçib

     Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Sənətşünaslıq doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sabirə Dünyamalıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə ustad dərsi keçib. Dərs zamanı tələbələrə, onların öz təqdimatı ilə milli geyimlərimiz nümayiş olunub. Sabirə xanım geyimlərin tarixindən və xarakterik xüsusiyyətlərindən ətraflı məlumatı tələbələrə çatdırıb.

Gənclərin incəsənət layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Bu-Ta”-nıtım lahiyəsi keçiriləcək. Bu layihədə Bakı şəhərində gənc rəssamların əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulub. Layihə çərçivəsində təşkil olunacaq sərgidə rəssamalara qönçə, badamabənzər naxış növü olan – Buta qədim ornamentinə marağı artırmaqla, rəssamlara onun haqqında […]

ADMİU-nun əməkdaşları Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında təcrübə mübadiləsi aparılıb

Oktyabr ayının 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müdiri, Respublikanın Əməkdar artisti, dosent Azad Şükürov və “Teatr sənəti” fakültəsinin “Dram rejissoru” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Məleykə xanım Məmmədova ilə görüş keçirilib.     Görüşün keçirilməsində məqsəd […]

ADMİU-nun əməkdaşı Konyada fotoqrafların beynəlxalq tədbirində iştirak edib

2016-cı il Konya şəhəri İslam ölkələrinin turizm paytaxtı olaraq seçilib. Konya Valiliyi, Mədəniyyət müdiriyyəti və Sille Sanat Sarayı Birliyinin rəhbəri Reha Bilirin və FİAP Beynəlxalq Fotoqrafiya Birliyinin təşkilatçılığı ilə 30 ölkədən 80 fotoqrafçının görüşü baş tutub.    2016-cı il Konya şəhəri İslam ölkələrinin turizm paytaxtı olaraq seçilib. Konya Valiliyi, Mədəniyyət müdiriyyəti və Sille Sanat Sarayı Birliyinin rəhbəri […]

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva universitetə yüksək balla qəbul olmuş tələbələrə tələbə bileti təqdim edib

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva 2016-2017-ci tədris ilində Universitetə qabiliyyət və test imtahanlarından yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor əvvəlcə tələbə adını qazanmış gəncləri təbrik edib, onlarla yaxından tanış olub. Gəncləri təhsil aldıqları müddətdə fəal olmağa, Tələbə Gənclər Təşkilatının işində, universitetin qəzet və jurnalında, dərnəklərdə, konsert və konfranslarda iştirak […]

ADMİU-nun professorları beynəlxalq teatr konqresində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Serbiyanın paytaxtı Belqradda keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının “Müasir dünya: teatr tənqidçisi sənəti internet dövründə” 28-ci konqresində iştirak edirlər.     Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 100-dən artıq teatr tənqidçilərinin iştirakı […]

Amerikan ulduzlar Bakıda dərs keçdilər

Amerikanın Matuto qrupu Səs Azərbaycan finalçıları ilə oxudu.     ADDIM təşkilatı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə musiqi və əyləncə sektorunda çalışan , təhsil alan gənclər üçün təlimlər həyata keçirilib. “Musiqi Biznesinin İdarə olunması” mövzusunda keçirilən tədbir 21 sentyabr saat 13:30 da Bakı Amerika Mərkəzində təşkil olunmuşdur. Təlimlərdə təşkilatın üzvləri, layihədə tərəfdaş qismində çıxış edən […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2016–2017 tədris ili

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2016-2017 tədris ili sentyabr ayının 15-dən öz işinə başlayıb. Bu il Universitetə 5 fakültə üzrə 242 nəfəri test, 279 nəfəri isə qabiliyyət imtahanı ilə, ümumilikdə 521 nəfər tələbə qəbul olub. Onlardan 11 tələbə dövlət sifarişi, 409 nəfəri isə ödənişli təhsil alacaq. Ödənişli tələbələrdən 10-u imtiyazlı, 70 nəfəri isə məcburi […]