Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq əlaqələr, digər ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı mübadilə yolu ilə bilik səviyyəsinin daha da artırılması istiqamətində yeni təşəbbüsə başlanılıb. Əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə keçirilən Ustad dərsləri, treninqlər, seminar və konfranslarla yanaşı Universitetdə artıq onlayn vasitəsi ilə ustad dərslərinə də start verilib. İlk dərs Sənətşünaslıq üzrə fəlsəfə doktoru, […]
Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Yelena Makarovanın iştirakı ilə seminar keçirilib
Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosiomədəni fəaliyyətin Menecmenti” kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə “Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr” adlı seminar keçirilib. Seminarda Sənətşünaslıq və Kuturologiya fakultələrinin müəllim-professor və tələbələri iştirak edib.
Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı və bəstəkar Patrik Kunen ustad dərsi aparıb
Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı və bəstəkar, “Tumult İn the Clouds” teatr şirkətinin bədii rəhbəri və “Cheek By Jow” şirkətinin direktor müavini Patrik Kunen ustad dərsi aparıb. Rejissor Patrik Kunen rejissor, aktyor sənəti və sənətşünaslıq fakültəsinin tələbələri üçün məşğələ keçib.
Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Paster ənənəvi dramatik-rəqs sənəti Katxakali ilə bağlı ustad dərs verib
Barselona Teatr İnstitutunun teatr nəzəriyyəsi və tarixi üzrə professoru, Hindistanda Kerala Kalamandalam Mədəniyyət və İncəsənət Universitetində elmi tədqiqatlar aparan Boris Daussa-Paster cənubi-Hindistanın ştatı Keralada XVII əsrdə yaranan ənənəvi dramatik-rəqs sənəti Katxakali ilə bağlı ustad dərs verib. Dərsdə xoreoqrafiya ixtisası üzrə təhsil alan II kurs tələbələri iştirak edib.
Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri ustad dərsi verib
Gürcüstandan ELİA, İETM, ENCATC, CİLECT kimi beynəlxalq üzvü, Gürcüstan və Ukraynada Bolonya və Kurrikulum üzrə ekspert, Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri “Müasir teatr və özünü ifadə üçün yeni dil” mövzusunda ustad dərsi verib. Dərsdə teatrşünas, rejissor, aktyorluq fakultəsində təhsil alan tələbələr iştirak edib.






