ADMİU-da Qarabağ hadisələri ilə bağlı tədbir keçirilib

ADMİU Rektoratlığı və tələbə heyəti baş verən hadisələrlə bağlı bu gün mitinq keçirib. Tədbir son günlərdə baş verən döyüşlərdə Şəhid olan qəhrəmanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlk çıxış nitqini Universitetin rektoru professor Fərəh Əliyeva söyləyib. O, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Təhlükəsizlik iclasındakı sərəncamını tələbə və müəllim heyətinin diqqətinə çatdırıb. […]

ADMİU-da ordumuza dəstək aksiyası keçirilib

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri cəbhədə baş verən hadisələrlə əlaqədar Universitetin qarşısında ordumuza daha bir dəstək aksiyası keçirilib. Azərbaycan Dövlət himni ilə başlayan aksiyada tələbələr “Yaşasın Azərbaycan!, Qarabağ bizimdir! Bizim olacaq! Şəhidlər ölməz! Vətən bölünməz! Liderə inanaq, Qarabağa qayıdaq!” kimi şüarlar səsləndiriblər.

ADMİU-nun tələbəsi Texasda konsert verib

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr I kurs xanəndəlik ixtisası üzrə təhsil alan tələbəsi Aqil Süleymanov üzvü olduğu “Qarabağ” ansamblı ilə birlikdə Texasda keçirilən Beynəlxalq festivalda iştirak edib. Texasın Austin şəhərində baş tutan “South by South West” (SxSW) festivalı 1987-ci ildən başlayaraq hər il keçirilir. Bu ilki festivalda 62 ölkədən 2266 qrup iştirak […]

Luciya Marenzo adına Musiqi Kunservatoriyasının professorları Vittoriya Luçari və Klaudio Marini “Ustad dərs”-i verib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davamlı olaraq xaricdən dəvət edilən mütəxəssislərin keçdiyi “Ustad dərs”ini bu dəfə İtaliyanın Breşka şəhəri Luciya Marenzo adına Musiqi Kunservatoriyasının vokal kafedrasının müdiri, professor Vittoriya Luçari və professor Klaudio Marini verib. Onlar Universitetinin solo ixtisası üzrə təhsil alan tələbələri ilə konkret əsərlərin ifası üzərində düzgün nəfəs texnikası, diofraqma və s. […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Bakı Fransız Liseyi arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Bakı Fransız Liseyi Təhsil Kompleksində Bakı Fransız Liseyi (BFL) arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb. Memarandumu ADMİU-nun rektoru professor FərəhƏliyeva, BFL-in İdarəetmə Komitəsinin sədri, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov imzalayıb. İmzalanma mərasimindən sonra əməkdaşlığın ilk layihəsi olan birgə konsert proqramı təşkil olunub. Konsert ADMİU-nun Tələbə-Gənclər Estrada Orkestri (30 nəfər) […]

Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi tələbələrə məşğələlər keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilin daha yaxşılaşdırılması, innovativ yanaşma, tələbələrin fərqli müəllimlərdən dərs almaq, digər ölkələrdə olan tədris prosesləri ilə tanış olmaq, təcrübələrini artırmaq məqsədi ilə xarici mütəxəssislərin Universitetə dəvəti davam edir. Bu dəfə ADMİU-da yazıçı, Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri […]

ADMİU təhsil prosesini avtomatlaşdırır

Azərbaycan Dövlət İncəsənət Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet ULTRA şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.     Qeyd edilmiş təhsil müəssisəsində ilkin olaraq əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, […]

Herbert Poulişin və Ana Raduleskonun Sosial iş ixtisasında təhsil alan I kurs tələbələri ilə görüşü keçirilib

ADMİU-da “Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi” layihəsinin kordinatoru avstriyalı eksperti, Azərbaycanda Sosial Xidmət Təminatı Tvinninq layihəsinin müşaviri Herbert Poulişin və Buxarest Universitetinin professoru, Rumıniya Sosial İşçilər Assosiasiyasının direktoru, eyni zamanda sözügedən tvinninq layihəsinin əsas ekspertlərindən biri Ana Radulesko ilə Universitetin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələri ilə görüş keçirilib.

Ukrayna Milli Operasının rejissoru Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib

Ukrayna Milli Operasının rejissoru, Beynəlxalq festival və müsabiqələrin laureatı, Beynəxalq vokal və teatral müsabiqələrin daimi üzvü Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib. Dərsdə Universitetin professor-müəllim heyəti, tələbələrlə yanaşı bu yaxınlarda Universitetdə ustad dərsi verən Ukraynanın əməkdar artisti, Ukrayna Mədəniyyət və İncəsənət Universitetində Vokal kafedrasının dosenti, Ukrayna “Superzvezda” layihəsinin musiqi […]

Almaniyanın Vürsburq Universitetinin professoru xanım Ziqlinde Hartman tələbələrə ustad dərsi keçib

Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdə olub. Professor ADMİU-nun tələbə və müəllim kollektivi ilə görüşüb və tələbələrə “Alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib.

Fransanın tanınmış xoreoqrafı və müasir rəqs ifaçısı Emmanuel Uyunhin tələbələrə ustad dərsi keçirib

Fransanın tanınmış xoreoqrafı və müasir rəqs ifaçısı Emmanuel Uyunhinin ustad dərsi keçirilmişdir. Çox maraqlı və fərqli kompozisiyaları ilə seçilən rəqqas, öz yaradıcılığında müxtəlif mədəniyyətləri birləşdirə bilir və şərq elementlərindən bacarıqla istifadə edir. Emmanuel Hyunh 2014-cü ildən Fransada Müasir Rəqs Milli Mərkəzinin rəhbəri olaraq 2009-cu ildən orada hər il Schools Beynəlxalq rəqs fesitalı keçirir.