ADMİU-nun tələbələri mətbuata müsahibə verib

Qafqaz.info saytının ADMİU-nun tələbələri Toğrul Abıyev və Fidan Süleymanzadə ilə müsahibəsini təqdim edirik. Müsahibənin geniş versiyasını linkdən oxuya bilərsiniz: https://qafqazinfo.az/news/detail/kiminse-derdinden-leyli-mecnun-olmaga-deymez-videomusahibe-495647

ADMİU-da 2026–2030-cu illər üçün Strateji İnkişaf Proqramının hazırlanması üzrə növbəti iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illəri əhatə edəcək Strateji İnkişaf Proqramının (SİP) hazırlanması istiqamətində ardıcıl və sistemli fəaliyyətlər davam etdirilir. Universitetin uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məqsədi ilə rəhbərliyin müvafiq qərarı əsasında yaradılmış işçi qruplar və tematik altqruplar üzrə mərhələli şəkildə müzakirələr aparılır. 19 yanvar tarixində Strateji İnkişaf Proqramının hazırlanması üzrə işçi qrupun […]

20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir […]

ADMİU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, universitetin Elmi Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər.Ziyarət zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla anılıb, məzarları önünə qərənfillər düzülüb.

ADMİU əməkdaşı “Generative AI” üzrə beynəlxalq sertifikat əldə edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Sabir Abbaszadə süni intellekt və generativ texnologiyalar üzrə beynəlxalq təlim proqramını uğurla tamamlayaraq sertifikat əldə edib. Belə ki, Sabir Abbaszadə Google Cloud tərəfindən autorizə olunan və Coursera platforması üzərindən təqdim edilən “Gen AI: Beyond the Chatbot” adlı onlayn təlim kursunu müvəffəqiyyətlə bitirib. Təlim proqramı generativ süni intellektin […]

ADMİU ilə ADA Universiteti arasında Memorandum imzalanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasını (ADA) ziyarət edib. Görüşdə hər iki universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. Görüş çərçivəsində ADA Məktəbinin şagirdlərinin ifasında xüsusi kompozisiyalar nümayiş olunub. ADMİU-dan olan qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra ADA […]

ADMİU-nun dosenti Özbəkistanda keçirilmiş beynəlxalq onlayn seminarda çıxış edib 

13-14 yanvar 2026-cı il tarixlərində Buxara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi seminar-treninq keçirilib. Universitetin dosenti Nasiba İbodovanın moderatorluğu ilə baş tutan konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar iştirak ediblər. Konfransda ADMİU-nun “Muzeyşünaslıq […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrası konsertmeyster vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 30.01.2026-cı il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçiriləcək

30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar  dəvət edilir. Konfransın məqsədi:Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi […]

Azərbaycan Milli Kitabxanasının yeni nəşrlərdən ibarət növbəti hədiyyəsi

ADMİU Kitabxana-informasiya mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən yeni not nəşrləri təqdim olunub. 2025-ci ildə çap olunmuş bu musiqi topluları müasir Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığını əhatə edir və tədris, elmi-tədqiqat, eləcə də, ifaçılıq fəaliyyəti üçün mühüm mənbə kimi xüsusi əhəmiyyət kəsb edir. Hədiyyə olunan nəşrlər sırasında Üzeyir Hacıbəyovun “Sənsiz Sevgili canan”, Georgi Burşteynin M. Maqomayevin […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi metodist vəzifəsi üzrə (müvəqqəti) vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 30.01.2026-cı il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).