ADMİU-da Gənclər Günü tamaşa ilə qeyd olunub

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir qrup əməkdaşı tamaşanı izləyib.Səhnə əsərinin […]

ADMİU tələbələrinin Azərbaycan Dillər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində könüllü fəaliyyət

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan 5 tələbəsi –Musayeva Zinyət, Əliyeva Samirə, Babazadə Qumral, Əzizova Firuzə və Orucova Fəridə tədris prosesi ilə yanaşı Kitabxana-informasiya Mərkəzində könüllü fəaliyyətə cəlb olunub. Onlar kitabxana sahəsində ilkin təcrübi bacarıqlara yiyələniblər. Mərkəzin təşəbbüsü ilə könüllü tələbələrin peşə bacarıqlarının inkişaf […]

ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransı keçirməyi planlaşdırır. Konfrans 17 aprel 2026-cı il tarixində baş tutacaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2026-ci […]

ADMİU TGT-nin yeni təltifləri

Yanvarın 30-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rəhbərliyi tərəfindən Tələbə Gənclər Təşkilatlarının (TGT) nümayəndələrinin 2025-ci il hesabatı üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Mikayılzadə “İlin TGT sədri”, Təşkilatın Ümumi işlər üzrə katibi Əfsun Məmmədli isə “İlin TGT nümayəndəsi” nominasiyaları üzrə təltif olunublar.Bildirilib […]

ADMİU-da WUF13-lə bağlı görüş olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) fəaliyyət göstərən müəllim-rəssamlarla WUF13-lə bağlı görüş keçirilib.Görüş zamanı universitetin rektoru professor Ceyran Mahmudova WUF13 – Ümumdünya Şəhərsalma Forumu ilə bağlı qarşıda duran yaradıcılıq imkanlarından bəhs edib və yaradıcı rəssamların bu mühüm beynəlxalq tədbirdə fəal iştirakının əhəmiyyətini vurğulayıb. Rektor yaradıcı yanaşmanın, müasir şəhər mühitinin bədii interpretasiyasının və ictimai məkanlarda […]

ADMİU ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında onlayn görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə uzunmüddətli əməkdaşlıq münasibətləri mövcud olan Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndələri arasında onlayn görüş baş tutub. Görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.Onlayn görüşdə ADMİU-nu Tədris işləri üzrə prorektor Nigar Rüstəmova, Beynəlxalq […]

Azərbaycan  Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt

Bu günlərdə bp-nin maliyyə dəstəyi ilə gənc tədqiqatçı – Ayaz İlyasovun “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı nəşri geniş ictimaiyyətə təqdim edilib. Kitab Şərqdə ilk demokratik parlament respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (28 may 1918 – 28 aprel 1920) qurucuları, qəbul edilən mühüm qərarlar, demokratik dəyərlər və beynəlxalq münasibətlərdə tutduğu mövqe […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək.  Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin […]

ADMİU-da “VİNETA – Sulara qərq olmuş şəhər” diplom tamaşası nümayiş olunub

Yanvarın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisasının IV təhsil ili tələbələrinin diplom işi olan Yura Zoyferin “VİNETA – Sulara qərq olmuş şəhər” tamaşası nümayiş etdirilib.Tamaşanı ADMİU-nun rektoru Ceyran Mahmudova, SABAH İcra Komitəsinin rəhbəri Elza Səmədova, eləcə də tanınmış rejissorlar izləyiblər.Universitetdə ilk dəfə səhnələşdirilən, dünyada isə çox nadir hallarda […]

Kitabxanamızda yeni nəşr – “Unudulmayan izlər”

ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın “Unudulmayan izlər” adlı kitabı nəşr olunmuşdur. Toplu müəllifin Azərbaycan ədəbi-mədəni irsi, xalq ədəbiyyatı, dilçilik və pedaqoji fikir tarixinin müxtəlif problemlərinə həsr olunmuş ədəbi-tənqidi və elmi-publisistik məqalələrini əhatə edir. Kitabda “Kitabi-Dədə Qorqud” eposu, atalar sözləri və məsəllər, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri elmi-nəzəri […]