Sənətşünas Eldəniz İbrahimovun elmi nəşrləri ADMİU-da

ADMİU-nun Kitabxana-informasiya mərkəzinin fondu tanınmış sənətşünas, publisist Eldəniz İbrahimovun Azərbaycan təsviri sənətinə həsr olunmuş fundamental elmi nəşrləri ilə zənginləşib. Müəllifin kitabları sənətşünaslıq elminin aktual problemləri, milli təsviri sənətin tarixi inkişaf mərhələləri, uşaq və gənc rəssam yaradıcılığının formalaşma xüsusiyyətləri, habelə, ayrı-ayrı sənətkarların yaradıcılıq irsini elmi-nəzəri və metodoloji baxımdan əhatəli şəkildə təqdim edir. Kitabxana fonduna yeni daxil […]

ADMİU-ya bərpa olunmaq istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarına (1 nömrəli əlavə, bənd 4) əsasən, 2025/2026-cı tədris ilinin yaz semestri üçün ADMİU-ya bərpa olunmaq istəyənlər üçün ərizə qəbulu elan olunur. Ərizə qəbulu müddəti:06 yanvar 2026-cı il – 04 fevral 2026-cı il Bərpa olunmaq istəyənlər müəyyən olunmuş müddət ərzində müvafiq […]

ADMİU-nun müəllimi “Qızıl Pəri” – 2025” mükafatına layiq görülüb

“Xəzər” Universitetinin “Fikrət Əmirov konfrans-konsert mərkəzində” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025” kino və televiziya üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.Mərasimdə “Ən yaxşı rəssam işi” nominasiyasında mükafatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Səbuhi Atababayev qazanıb. O, bu mükafata “Tağıyev. Neft” filminə görə layiq görülüb.

ADMİU-nun müəllimi “Qızıl Pəri” mükafatına layiq görülüb

28 dekabr 2025-ci il tarixində “Xəzər” Universitetinin “Fikrət Əmirov konfrans-konsert mərkəzində” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.Mükafatın builki qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları teatr rejissorluğu ixtisası müəllimi Azər Hacıəsgərli də var. O, bu mükafata “Məryəm” filmi ilə “Ən yaxşı […]

ADMİU-nun müəllimi Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tədbirdə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib.Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışlarda respublika üzrə əlilliyi olan 246 nəfər şəxs iştirak edib. Onlardan 80 iştirakçı final mərhələsinə yüksəlib.5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi) üzrə […]

“Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi Səhnə danışığı kafedrası müəllimləri yaradıcılıq ifa işlərini təqdim ediblər. “Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya mərhum Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.Tədbirin əvvəlində Səhnə danışığı kafedrasının müdiri, professor, Xalq artisti Məmmədsəfa Qasımov çıxış edərək bildirib ki, ədəbi-bədii kompozisiyada ölməz şairin […]

ADMİU-nun prorektoru Sevil Kərimova və Xalq artisti Zamiq Əliyev mükafatlandırılıb

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və ADMİU-nun professoru, Xalq artisti Zamiq Əliyev yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları ilə təltif olunublar.Yubilyarlara mükafatları mədəniyyət naziri Adil Kərimli təqdim edərək onları əlamətdar yubileyləri münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı və fəaliyyətlərində daha böyük […]

ADMİU Bakı Avropa liseyində keçirilən festivalda iştirak edib

Dekabrın 26-da ənənəvi olaraq Bakı Avropa Liseyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Festival keçirilib. Dünya azərbaycanlılarının bu birlik və həmrəylik bayramı milli-mənəvi dəyərlərə hörmətin simvolu olmaqla yanaşı, tarixi vətənə bağlılıq hissinin də rəmzinə çevrildi. Festival Bakı Avropa liseyinin V-VIII sinifləri əhatə edən “Birləşmiş Liseyistlər Təşkilatı” tərəfindən keçirilir.Bu festival Bakı Avropa Liseyində 11 […]

Hörmətli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və əziz kollektiv!

Sizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 25 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu əlamətdar tarix təkcə bir ali təhsil ocağının yubileyi deyil, eyni zamanda Azərbaycan təsviri sənətinin müasir inkişaf yolunun, yaradıcılıq axtarışlarının və formalaşmış sənət məktəbinin mühüm mərhələsidir. Akademiya ötən illər ərzində milli rəssamlıq ənənələrinin qorunması, zənginləşdirilməsi və dünya incəsənət məkanına inteqrasiyası istiqamətində mühüm uğurlara […]

Bakı 2026: Dünya Şəhər Forumu ilə qlobal diqqət mərkəzində

2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın aparıcı şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların yüksək nümayəndələrini bir araya gətirəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhər Forumu – WUF13 ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq. Forumun tədbirlər planına Azərbaycan üzrə cəmi iki universitet cəlb olunub ki, onlardan biri Azərbaycan Dövlət […]