Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bilik Kubokunun II mərhələsi keçirilib. ADMİU Xəzər İntellektual Gənclər Klubunun universitetlər arası mərkəzi təmsilçisi və Tələbə Gənclər Təşkilatının həmkar fəaliyyəti nəticəsində keçirilən universitetlər arası çempionatın finalçısı “Apocalypses” komandası olub.Yarışın II turunda Xəzər İntellektual Gənclər Klubunun Mədəniyyət Layihələri üzrə təmsilçisi, ADMİU-nun tələbəsi İntizar Şahbazi Qasımzadə və klubun İnsan Resurları […]
ADMİU-da tələbə rifahı sorğusu
ADMİU tələbələrinin akademik, psixoloji və sosial rifahını daha yaxşı anlamaq məqsədilə yeni sorğu başlayıb. Sorğu tam anonim şəkildə aparılır. Araşdırmanın məqsədi tələbələrin tədris mühitindən, sosial və psixoloji dəstək sistemlərindən məmnuniyyətini öyrənmək, mövcud ehtiyacları müəyyənləşdirmək və universitet mühitini daha da inkişaf etdirməkdir. ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz universitetdə tədrisin […]
“Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək.Konsert 27 noyabr 2025-ci il saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşları beynəlxalq konfransda
Noyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. MEK-in 100 illik yubileyinə həsr olunan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyadan qonaqların qatıldığı tədbirdə Kitabxana-informasiya mərkəzinin əməkdaşları da iştirak etmişlər. Konfransın “Akademik kitabxanalar rəqəmsal […]
SABAH tələbələri səfərə hazırlaşır
27–28 noyabr 2025-ci il tarixlərində SABAH İncəsənət Festivalı çərçivəsində və Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları Aktyor sənəti ixtisasının IV təhsil ili tələbələri Cəfər Cabbarlının “Dönüş” və Vilyam Şekspirin “Yay Gecəsində Yuxu” əsərləri əsasında hazırladıqları tamaşalarını Gəncə və Mingəçevir şəhərlərində təqdim edəcəklər. Festival günlərində tələbələrimizə uğurlar arzulayırıq!
ADMİU-nun rəssamlarına sertifikatlar təqdim olunub
19.11.2025-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” sərgisinin iştirakçılarına sertifikatlar təqdim olundu. Tədbirdə muzeyin direktoru Əminə Məlikova, layihənin kuratoru dosent Səbuhi Əhmədov, ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və muzeyin direktor müavini Mira Məmmədxanova çıxış edərək sərginin məqsədi və əhəmiyyəti haqqında danışıblar, layihəyə töhfə verən rəssamlara […]
ADMİU-nun “Brend tələbə”ləri mükafatlandırılıb
AzEdu.az Təhsil Portalı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə ADMİU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Rəssamlıq fakültəsinin dekanı Səyalı Quliyeva, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Kulturologiya […]
ADMİU-DA NÖVBƏTİ TƏLİMLƏR KEÇİRİLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) professor-müəllim heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə iki istiqamətdə növbəti təlimlər keçirilib. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi bu təlimlər ADMİU-nun təhsil sahəsindəki dinamik inkişaf strategiyasına uyğun olaraq, tədris metodlarının modernləşdirilməsi və akademik heyətin elmi fəaliyyətinin beynəlxalq müstəvidə gücləndirilməsi məqsədilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri […]
ADMİU-da ARUCAD Universiteti ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Şimali Kiprin Arkin Yaradıcı İncəsənət və Dizayn Universiteti (ARUCAD) arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində ARUCAD Universitetinin Sosial və Beynəlxalq əlaqələr üzrə prorektoru, Asst. Prof. Dr. İbrahim Dalkılıç ADMİU-nun qonağı olub. Universitetə səfəri zamanı İbrahim Dalkılıç tələbələrlə görüş keçirib, onlarla mövcud əməkdaşlıq imkanları, yaradıcılıq və təhsil istiqamətləri üzrə […]
ADMİU ilə Qazax Milli İncəsənət Akademiyası arasında növbəti müqavilə imzalanıb
Qazaxıstan Respublikasının Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Adelxanoviç Jidebaev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb. Rəsmi görüşdə ADMİU-nun prorektorları Nigar Rüstəmova, Sədaqət Əliyeva, Sevil Kərimova, Fərhad Əliyev, Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri Validə Məmmədova və digər əməkdaşlar, eləcə də Qazax Milli İncəsənət […]
ADMİU-nun müəllimləri Almaniyada keçirilən konsertdə iştirak ediblər
Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı təntənəli konsert təşkil edib. Gecədə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və […]
Müslüm Maqomayev irsini yaşadan nəşr
Mədəni irsin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi sahəsində muzeylərlə təhsil ocaqları arasındakı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) dahi bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş dəyərli nəşrini – “Müslüm Maqomayev: Bəstəkarın yaşadığı illərə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında – 140” kataloqunu Azərbaycan Dövlət Mədəniyyət […]













