“Sonuncu Qatar” – Qeyri-ixtisas Tələbələrinin Yaradıcılıq Səhnəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi və Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə “Sonuncu Qatar” adlı bədii-konsert proqramı keçirilib. Layihənin ideya mərkəzində tələbələrin şəxsi yaradıcılıq təşəbbüslərinin səhnə üzərinə çıxarılması dayanır. Bu baxımdan “Sonuncu Qatar” tələbə gəncliyinin daxili yaradıcılıq dünyasının, hiss və düşüncə qatının incəsənət dili ilə təqdim olunduğu açıq yaradıcılıq meydanına çevrilib.TEYC-in yeni […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcılıq layihələrinin idarə olunması şöbəsi rejissor vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 30.12.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

2024-2025-ci tədris ilində tədrisin təşkilinin yekunlarına dair müzakirə keçirilib

10 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2024-2025-ci tədris ilində tədrisin təşkilinin yekunlarına dair müzakirə keçirilib. Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, Tədris şöbəsinin müdiri Namiq Qafarov və fakültə dekanları ADMİU-nun Strateji İnkişaf Planı, Fəaliyyət planı və iş planları əsasında görülən işlərdən bəhs ediblər. Tədrisin təşkilinin təkmilləşdirilməsi üçün zəruri ehtiyaclar, […]

ADMİU-da tələbə məmnuniyyəti sorğusu

ADMİU-da I tədris ilində təhsil alan tələbələr arasında “Tələbə Məmnuniyyəti Sorğusu” keçirilir. Sorğuda iştirak etməklə tədris prosesinin və universitet xidmətlərinin daha da təkmilləşdirilməsinə öz töhfənizi verə bilərsiniz. Sorğu Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən keçirilir. ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz bizim üçün önəmlidir. Qeyd: Sorğu tam anonim […]

ADMİU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik […]

ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimləri beynəlxalq festivalda…

ADMİU-nun Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimləri Finlandiyanın Helsinki şəhərində keçirilən “Eyni Günəş altında” Beynəlxalq İncəsənət Festivalında uğurlar qazanıblar.Belə ki, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarovun “Stilizə olunmuş rəngkarlıq” nominasiyası üzrə “Abşeron” adlı əsəri I yerə layiq görülüb. Eyniadlı incəsənət festivalında “Göyərçin” adlı əsəri isə “Stilizə olunmuş rəngkarlıq” portret nominasiyası […]

ADMİU-da Təlim və tədris istiqamətinə dair işçi alt qrupun növbəti iclası keçirilib

09 dekabr 2025-ci il tarixində ADMİU-da 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə növbəti iclas keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və alt qrup üzvlərinin iştirak etdiyi iclasda ADMİU-nun Fəaliyyət Planına (FP) əsasən 2025-ci ilə dair Təlim və tədris istiqamətində görülmüş işlər haqqında məlumat […]

Mənsum İbrahimovun 65 illik yubileyi ADMİU-da qeyd edilib

Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əməkdar artist, professor Azad Şükürov Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, […]

ADMİU-da “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində, Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi proqramına daxil olan “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub.Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə nümayişi keçirilən film Türkiyənin Çorum bölgəsində yerləşən bir kənddən çıxan 13 kişi balet rəqqasının həyat hekayələrini əhatə edir və incəsənət, kimlik […]

“Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib

Beynəlxalq Əlillər Günü münasibətilə Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasında “Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial mühitə inteqrasiyası, bərabər imkanların təşviqi və inklüziv yanaşmanın əhəmiyyətinin vurğulanması olub.Tədbiri kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Əskərova açaraq, 3 Dekabr gününün önəmini və əlilliyi olan insanların […]

ADMİU-da “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib.       Tədbiri giriş sözü ilə universitetin Elm və Yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva […]

“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib

Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul […]