Məzunlar Assosiasiyasının tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası tərəfindən “Uğur hekayəsi” adlı silsilə tədbirlərin növbətisi baş tutub.Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadənin aparıcı ilə keçən tədbirin əsas məqsədi uğur qazanmış məzunların həyat və karyera yolunu gənclərlə bölüşmək, tələbə–məzun əlaqələrini gücləndirmək və Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulamaqdır.Tədbirin açılışında ADMİU-nun prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək Məzunlar Assosiasiyasının […]

“Mirzə Qədim İrəvaninin yaradıcılığı: sənət, üslub və yaddaş” mövzusunda elmi seminar keçirilib

17 dekabr 2025-ci il tarixində ADMİU-nun “Sənətşünaslıq” ixtisası üzrə təhsil alan birinci təhsil ilinin magistrantları üçün Azərbaycan Respublikası Prezidentinin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən “Mirzə Qədim İrəvaninin yaradıcılığı: sənət, üslub və yaddaş” mövzusunda elmi seminar keçirilib. Tədbirdə ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent […]

“Milli vizual kodun müasir incəsənətdə və dizaynda istifadə imkanları” mövzusunda mühazirə keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Heydər Əliyev Məktəbində tələbələr üçün “Milli vizual kodun müasir incəsənətdə və dizaynda istifadə imkanları” mövzusunda mühazirə keçirilib.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dizayner Elçin Əliyev (Şamilli) tərəfindən aparılan mühazirə qlobal formatlı bədii proseslər situasiyasında milli təfəkkür düşüncə sistemi üçün nəzəri əsas yaradır. Nəticədə müasir incəsənətdə və dizaynda forma üslubu […]

SABAH Qruplarında Türkiyəli Mütəxəssislərin İştirakı ilə Təlimlər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarında təhsil alan tələbələrin bilik və təcrübəsinin artırılması, yaradıcı düşünmə bacarıqlarının formalaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 15–19 dekabr 2025-ci il tarixlərində Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlim proqramı keçirilir.Təlim proqramı SABAH qruplarının Aktyor sənəti, Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə təhsil alan II […]

TƏSVİRİ SƏNƏT KAĞIZDA yaradıcılıq sərgisi

Klassik Azərbaycan təsviri sənəti ənənələrini yaşatmaq, rəssamın təxəyyülünü və estetik baxışını kağız üzərində ifadə imkanları ilə tamaşaçıya təqdim etmək, eyni zamanda kağız üzərində yaradılmış əsərlərə ictimai marağı artırmaq məqsədilə “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı və Azərbaycan Rəssamlar İttifaqı, […]

“Barokko: tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Musiqi tarixi və nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsi çərçivəsində “Barokko: tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar keçirilib.Tələbələr Fidan Əkbərova, Məhəmməd Hacıyev, Səyyarə Ağayeva, Aydan Muradova, Fatimə Məmmədzadə barroko dövrü incəsənəti haqqında məruzələrlə çıxış ediblər.İnstrumental ifaçılıq kafedrasının konsertmeysteri Rəhilə Nəzərova (müşayiət: […]

2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə növbəti iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması çərçivəsində Təlim və tədris istiqaməti üzrə altqrupun növbəti iclası keçirilib. 16 dekabr 2025-ci il tarixində baş tutan iclasda universitetin strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsi və tədris prosesinin müasirləşdirilməsi məsələləri müzakirə olunub. İclasda ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova, Tədris […]

ADMİU-nun kollektivi anım günündə Ulu Öndərin məzarını ziyarət edib

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur.Anım günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.Ziyarət zamanı Ulu […]

ADMİU-da insan alveri ilə mübarizəyə həsr olunmuş təlim keçirilib

12 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi Sabrina Qurbanova və Agentliyin Stasionar sosial xidmətlərin təşkili departamentinin əməkdaşı Fərid İsmayılov tərəfindən sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün təlim […]

ADMİU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

ADMİU-nun Kulturologiya fakültəsi və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.Tədbir zamanı Ulu Öndərin dövlət quruculuğuna verdiyi töhfələr, mədəniyyət sahəsində həyata keçirdiyi əhəmiyyətli siyasət və Azərbaycan mədəni irsinin zənginləşməsindəki rolu geniş şəkildə işıqlandırılıb.Çıxışlar zamanı Heydər Əliyevin milli dəyərlərin qorunması və gənclərin inkişafına yönəlmiş ideyalarının önəmi vurğulanıb, mövzu […]

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADMİU Teatr sənəti fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Düşüncələr işığında” bədii-qiraət müsabiqəsinin II mərhələsi və mükafatlandırma mərasimi keçirildi. I mərhələdən seçilmiş 11 tələbə finalda çıxış edərək Xalq şairinin poeziyasını fərdi bədii yozumlarla səhnələşdiriblər. Onların ifaları münsiflər heyəti – Xalq artisti İlham Namiq Kamal, Xalq artisti Sabir […]

“Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətinin zirvəsi–Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət […]