Sentyabrın 27-də Özbəkistan Respublikasında “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər və həllər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Özbəkistanın Elm, Təhsil və İnnovasiya Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin təşkilatçılığı ilə keçirilən Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və başqa ölkələrin nümayəndələri çıxış ediblər. “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər […]
ADMİU-nun dosenti Qarabağ Universitetində elmi seminar keçib
Sentyabrın 26-da 27 Sentyabr – Anım günü münasibətilə Qarabağ Universitetində ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilovun “Müasir Azərbaycan rəngkarlığında tarixi zəfərin tərənnümü” mövzusunda elmi seminarı baş tutub. Seminarda 44 günlük Vətən müharibəsi, tarixi zəfər və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin portretlərinə həsr olunmuş əsərlərdən bəhs […]
ADMİU-nun tələbələri AMEA MEK-in Qarabağ Fondunu ziyarət ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin I kurs tələbələri və fakültənin müəllimi Günel İbrahimova AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Qarabağ Fondunu ziyarət ediblər. Ziyarət zamanı fondun rəhbəri Röksanə Səfərzadə tələbələrlə görüşərək fondun yaranma məqsədi, fəaliyyəti və toplanan materiallar barədə ətraflı məlumat verib. Qeyd edək ki, Röksanə Səfərzadə Vətən Müharibəsi şəhidi, […]
Bakı Beynəlxalq Kitab Sərgisi 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində yenidən görüşünüzə gəlir
Dəyərli oxucular,ADMİU-nun Kitabxana-informasiya mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq!Mərkəzimiz mədəniyyət, incəsənət və bilik dəyərlərini birləşdirərək respublikanın ən böyük kitab tədbirində iştirakdan qürur duyacaq.“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər.Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” […]
ADMİU-da Anım gününə həsr olunmuş tədbir və sərgi keçirilib
Sentyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr- Anım gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələblər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor […]
ADMİU-da Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Sentyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə Respublika elmi-nəzəri konfransı keçirilib. “Üzeyir Hacıbəyli irsi teatr və kino kontekstində” adlı konfransda universitet rəhbərliyi, tanınmış incəsənət, mədəniyyət nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan ADMİU-nun […]
ADMİU-nun tələbələri Qazaxıstanda ölkəmizi təmsil ediblər
22-24 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiyaNazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın Atırau şəhərində “Saraishyq Upgrade 2025”adlı beynəlxalq gənclər forumu keçirilib.Beynəlxalq forumda 6 ölkədən və Qazaxıstanın bütün regionlarından olmaqla 300-dən çox gənc iştirak edib.Tədbirin proqramına əsasən seçilmiş 6 sahə (kino, musiqi, marketinq, informasiyatexnologiyaları və süni intellekt, teatr və xor) üzrə panel müzakirələri, ustad dərsləri vəgənclərin layihə […]
ADMİU-da doktorantura ixtisas imtahanlarının vaxtı
2025-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq doktorantura ixtisas imtahanlarının vaxtı açıqlanıb. 23 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni imtahanı keçiriləcək. İmtahan ADMİU-nun Elmi Şura zalında (Əsas korpus, II mərtəbə) baş tutacaq və saat 11:00-da başlayacaq. Fəlsəfə doktoru proqramı üzrə ixtisas […]
ADMİU-nun dosenti Qarabağ Universitetində çıxış edəcək
26 sentyabr 2025-ci il tarixində saat 17:00-da Anım Günü ilə əlaqədar Qarabağ Universitetində ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilovun “Şəhid anılar, Vətən tanınar!” adlı seminarı baş tutacaq.
ADMİU-da Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media mənsubları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən […]
ADMİU-da yeni tədris ilinin başlanması münasibəti ilə əcnəbi tələbələrlə görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni tədris ilinin başlanması münasibətilə əcnəbi tələbələrlə görüş təşkil olunub. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Sevil Kərimova, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Məsturə Quliyeva və Əcnəbi tələbələrlə iş sektorunun müdiri Emil Hacıyev iştirak ediblərTədbirdə müxtəlif fakültələrdə təhsil alan əcnəbi tələbələrlə […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrası laborant vəzifəsi üzrə vakansiya elan edir
Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 10.10.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)













