“Rəsm sehrinin altında”…

Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetininMusiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunacaq.Konsert zamanı XVII–XXI əsr bəstəkarlarının əsərləri səsləndiriləcək.Konsert 2 dekabr 2025-ci il saat 17:00 – da Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutacaq. Giriş sərbəstdir.

“Şəbi-hicran”

Dekabrın 5-i saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçiriləcək.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır. İfaçıları tarda Səxavət Məmmədov, kamançada […]

“Bəxtiyaram mən”

Dekabrın 24-ü saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Bəxtiyaram mən” adlı konsert keçiriləcək.Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş konsertin bədii rəhbəri Xalq artisti, ADMİU-nun dosenti Teyyub Aslanovdur. Konsertdə ADMİU-nun tələbələrindən ibarət xalq çalğı alətləri ansamblı iştirak edəcək. Musiqi rəhbəri Əməkdar artist […]

ADMİU-da yeni Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı işçi qrupun iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması prosesi ilə bağlı Universitetin Elmi Şura otağında 25 noyabr tarixində iclas keçirilib. İclasda universitetin rektoru, prorektorlar, işçi qrupunun üzvləri, əmək bazarının nümayəndələri, məzunlar və tələbələr iştirak ediblər. Tədbirin əsas məqsədi 2026–2030-cu illər üzrə yeni Strateji İnkişaf Proqramının hazırlanması prosesində işçi […]

ADMİU-nun dosentinin yeni dərs vəsaiti işıq üzü görüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri, dosent Elnur Mehdiyevin yeni dərs vəsaiti işıq üzü görüb. “Kinorejissorluğun vizual dilinin konstruksiyası” adlı dərs vəsaiti rejissor sənətinin nəzəri və praktik əsaslarını sistemli şəkildə təqdim edir. Kitabda bədii, sənədli və animasiya filmlərinin quruluşunda rejissorun rolu, ekran əsərinin ideya, məzmun strukturunun formalaşdırılması, vizual dilin yaradılması […]

ADMİU-nun müəllimi beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Noyabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU), noyabrın 21-də isə AMEA-da “Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin gücləndirilməsi, rəqəmsal transformasiya, elmi-humanitar əməkdaşlığın genişləndirilməsi və qarşıdakı strateji hədəflər müzakirə olunub. Konfrans iştirakçıları müasir İpək Yolunun regional əməkdaşlıq […]

ADMİU-da Bilik Kubokunun II mərhələsi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bilik Kubokunun II mərhələsi keçirilib. ADMİU Xəzər İntellektual Gənclər Klubunun universitetlər arası mərkəzi təmsilçisi və Tələbə Gənclər Təşkilatının həmkar fəaliyyəti nəticəsində keçirilən universitetlər arası çempionatın finalçısı “Apocalypses” komandası olub.Yarışın II turunda Xəzər İntellektual Gənclər Klubunun Mədəniyyət Layihələri üzrə təmsilçisi, ADMİU-nun tələbəsi İntizar Şahbazi Qasımzadə və klubun İnsan Resurları […]

ADMİU-da tələbə rifahı sorğusu

ADMİU tələbələrinin akademik, psixoloji və sosial rifahını daha yaxşı anlamaq məqsədilə yeni sorğu başlayıb. Sorğu tam anonim şəkildə aparılır. Araşdırmanın məqsədi tələbələrin tədris mühitindən, sosial və psixoloji dəstək sistemlərindən məmnuniyyətini öyrənmək, mövcud ehtiyacları müəyyənləşdirmək və universitet mühitini daha da inkişaf etdirməkdir. ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz universitetdə tədrisin […]

“Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək.Konsert 27 noyabr 2025-ci il saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.

ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşları beynəlxalq konfransda

 Noyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. MEK-in 100 illik yubileyinə həsr olunan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyadan qonaqların qatıldığı tədbirdə Kitabxana-informasiya mərkəzinin əməkdaşları da iştirak etmişlər. Konfransın “Akademik kitabxanalar rəqəmsal […]

SABAH tələbələri səfərə hazırlaşır

27–28 noyabr 2025-ci il tarixlərində SABAH İncəsənət Festivalı çərçivəsində və Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları Aktyor sənəti ixtisasının IV təhsil ili tələbələri Cəfər Cabbarlının “Dönüş” və Vilyam Şekspirin “Yay Gecəsində Yuxu” əsərləri əsasında hazırladıqları tamaşalarını Gəncə və Mingəçevir şəhərlərində təqdim edəcəklər. Festival günlərində tələbələrimizə uğurlar arzulayırıq!

ADMİU-nun rəssamlarına sertifikatlar təqdim olunub

19.11.2025-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” sərgisinin iştirakçılarına sertifikatlar təqdim olundu. Tədbirdə muzeyin direktoru Əminə Məlikova, layihənin kuratoru dosent Səbuhi Əhmədov, ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və muzeyin direktor müavini Mira Məmmədxanova çıxış edərək sərginin məqsədi və əhəmiyyəti haqqında danışıblar, layihəyə töhfə verən rəssamlara […]