Fevralın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “VarYox” platformasının birgə təşkilatçılığı ilə universitetdə “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda təlim təşkil olunub. Təlim “VarYox” platformasının spikeri Əfsanə Tahirova tərəfindən keçirilib.Təlimin əsas məqsədi Azərbaycanda və dünyada gender bərabərliyi sahəsindəki problemləri işıqlandırmaq, bu sahədə yayılmış yanlış anlayışları və stereotipləri müzakirə etmək, eləcə də gender […]
ADMİU-da “Problem əsaslı öyrənmə” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Strateji inkişaf planına müvafiq davamlı olaraq professor-müəllim heyətinin peşə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər keçirilir. Növbəti təlim “Problem əsaslı öyrənmə” (PBL – Problem-based learning) mövzusunda baş tutub.PBL tələbələrin problemlərin həllində tənqidi təfəkkür və analitik bacarıqları tətbiq etmələrini təmin etmək üçün tədrisdə problem əsaslı təlim metodunun tətbiqini nəzərdə tutur.Təlimlərə Sosial-siyasi […]
ADMİU-nun magistr tələbəsinin uğuru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin magistr tələbəsi Ramazan Həbibov özünün diplom müdafiəsini vizual moda nümayişi ilə təqdim edib.“Futurizmin Təkamülü – Müasir İncəsənət və Modaya Təsiri” mövzusundakı diplom işində həmçinin süni intellekt və innovasiyalardan istifadə olunub.Diplom rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovadır.
ADMIU-da “Problem əsaslı öyrənmə”mövzusunda təlim keçəcəkdir
10 fevral 2025-ci il saat 11.00 tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Fəxri Məhəmmədzadə tərəfindən professor-müəllim heyəti üçün “Problem əsaslı öyrənmə” mövzusunda təlim keçəcəkdir.
ADMİU-nun müəllimləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin Dizayn (dizaynda 3D qrafika) nominasiyasında televiziya studiyası üçün ən yaxşı dizayn layihəsinə görə birinci yerə layiq görülüb.Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov isə həmin müsabiqənin “Müxtəlif mövzulu yağlı boya rəsm əsəri” üzrə laureatı olub.
Türkiyənin Sinop Universitetinin rektorunun başçılığı ilə nümayəndə heyəti ADMİU-da olub
Türkiyənin Sinop Universitetinin rektoru professor Şakir Daşdəmirin başçılığı ilə bir sıra əməkdaşından ibarət heyət ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub. Qonaqları qəbul edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Görüş zamanı C.Mahmudova ADMİU-nun strukturu, fəaliyyət prinsipləri, Türk dünyası və Türkiyə universitetləri […]
Professor Əli Əmirlinin“Meydan” və “Ölü doğan şəhər” romanları nəşr edilib
ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin yeni kitabları çap edilib. Yazıçı-dramaturqun romanları tarixi hadisələri əks etdirir. “Meydan” romanında 1988-ci ildə baş vermiş Meydan hadisələrindən bəhs olunur. Bu həmin o ildir ki, milli azadlıq hərəkatı xalqımızı mübarizə meydanına çıxarmışdır. Qeyd edilən tarixi hadisələrin izi ilə 1989-cu ildə yazılmış “Meydan” […]
ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib
Fevralın 4-də ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib.Məzunlar Assosiasiyasının fəaliyyət planının icrası və gələcək tədbirlərlə bağlı keçirilən iclasda Assosiasiyanın sədri Abbasağa Əlizadə, İdarə Heyətinin digər üzvləri- Günel İbrahimova, Gülgün Bağırova, İmdad Kərimli, Mehriban Qasımova və Şəbnur Pənahlı müxtəlif təkliflərlə çıxış ediblər.Assosiasiyaya üzvlük üçün qeydiyyatdan keçənlərin cari sayı barədə hesabat tərtib olunub. Daha çox məzuna […]
ADMİU-da jurnalların DOAJ platformasında qeydiyyatdan keçməsi mövzusunda təlim baş tutub
Yanvarın 31-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Clarivate”in Azərbaycan nümayəndəsi İltifat İbrahimov jurnalların DOAJ platformasında qeydiyyatdan keçməsi və açıq resurslardan istifadə qaydaları haqqında təlim keçib.Təlimdə ADMİU-nun professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak ediblər.İ.İbrahimov təlimdə jurnalların DOAJ platformasından keçməsi, eyni zamanda nüfuzlu jurnallarda məqalələrin çap edilməsi yönündə bilgilər paylaşıb və iştirakçıların suallarını cavablandırıb.
ADMİU-nun müəllimi Prezident mükafatına layiq görülüb
Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova […]
ADMİU-nun bir sıra gənc əməkdaşı 2 Fevral Gənclər Günü münasibəti ilə təltif olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə Universitetin rektoru professor Ceyran Mahmudova 2 Fevral Gənclər Günü münasibəti ilə gənc əməkdaşları təbrik edib, onlara gələcək həyatlarında və karyeralarında daha böyük uğurlar arzulayıb. Eyni zamanda, ali təhsil ocağının səmərəli fəaliyyəti ilə fərqlənən bir sıra gənc əməkdaşına Gənclər […]
“Contribution of culture to ecological sustainability”
On December 10, 2024 at the Azerbaijan State University of Culture and Arts will be held the International scientific-theoretical conference “Contribution of culture to ecological sustainability” dedicated to the 29th session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change (COP 29). If you are interested in the conference, you can participate in the […]













