“Yarat Contemporary Art School” yetirmələri art kurator, mədəniyyət işçisi Aynur Abutalıbova, art kurator, mədəni layihələr meneceri Bəxtiyar Əliyev, multidissiplinar rəssam Fidan Hümbətli, art kurator, incəsənət tənqidçisi Mənsurə Məmmədəliyeva və musiqi prodüsseri İbrahim Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) MBA proqramı çərçivəsində Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov tərəfindən tədris olunan “Yeni trendlər” fənnindən əldə […]
“Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” – ADMİU-da tələbələr üçün psixoloji təlimlər keçirilib
7–14 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bütün fakültələr üzrə tələbələri əhatə edən “Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” adlı silsilə psixoloji təlimlər keçirilib. Təlimlər universitetin psixoloqu Aynur Rəhimova tərəfindən suisid davranışının profilaktikası məqsədilə təşkil olunub. İnteraktiv şəkildə aparılan təlimlərdə yaşamın mənası, həyat və ölüm anlayışları mövzularında dərin müzakirələr aparılıb. Tələbələr suisid […]
Qarabağa həsr olunan sərgidə ADMİU tələbələrinin də əsərləri yer alıb
Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur. QDF-nin İdarə heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin […]
ADMİU-nun təşəbbüsü ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilir
Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilir. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qonaqları […]
ADMİU-nun müəlliminin də yer aldığı “Vətən” muğam qrupu Özbəkistanda konsert proqramı ilə çıxış edib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.Konfrans çərçivəsində “Vətən” muğam qrupu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin qarşısında konsert proqramı ilə çıxış edib.Muğam qrupunun üzvləri- Respublika və beynəlxalq müsabiqələr qalibləri, Beynəlxalq Türk Mədəniyyəti təşkilatı Türksoy Xalq Çalğı alətləri orkestrinin solistləri, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) və Azərbaycan Milli […]
ADMİU-nun müəllimləri “İncəsənət Düşərgəsi” adlı layihədə iştirak ediblər
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qarabağda “İncəsənət Düşərgəsi” adlı layihələr keçirilib.Layihə çərçivəsində tanınmış rəssam və heykəltaraşlar Qarabağın müxtəlif bölgələrinə səfər edərək bir-birindən maraqlı yaradıcılıq nümunələri hazırlayıblar. Layihənin yekununda rəssamların əl işlərindən ibarət sərgi baş tutub.“İncəsənət Düşərgəsi” layihələrində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri Mir Azər Abdullayev, Vüqar Əliyev, Gülnaz Mədətova […]
“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” və “Musiqi terapiyası” innovativ və akademik kurslarının təqdimat görüşü keçirilib
ADMİU 2024-25-ci tədris ilində 2 yeni fənnin tədrisinə başlayıb. Yeni proqramların yaradılmasında əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan şəxslərə incəsənətin müxtəlif sahələrini tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.Beynəlxalq təcrübəyə əsaslanan tədris proqramları nəzəri və praktiki hissələrdən ibarətdir. Həssas qrupa aid şəxslərə xidmət göstərən nüfuzlu dövlət və özəl müəssisələrlə əməkdaşlığın qurulması tələbələrin praktik bacarıqlarını möhkəmləndirməyə […]
ADMİU-nun dosenti Həmzə Abdullayevin əsəri Qazaxıstan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasına daxil edilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının dosenti, Əməkdar rəssam Həmzə Abdullayev Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Qazaxıstan Rəssamlar İttifaqının 90 illiyinə həsr olunmuş Beynəlxalq Bienalda iştirak edib.Sərgidə nümayiş olunan “Abşeron Bahar” adlı əsəri 18 nəfərdən ibarət sərgi komissiyası tərəfdən rəğbətlə qarşılanıb. “Abşeronda Bahar” adlı rəngkarlıq əsəri Bienalı sertifikat […]
İlham Rəhimlinin yeni dərs vəsaiti çap olunub
Kitabxana-informasiya mərkəzinin fondu yeni tədris nəşri ilə komplektləşdirilib. ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin “Dünya dramaturqları Azərbaycan səhnəsində” adlı yenicə çap edilmiş dərs vəsaiti tələbələrin istifadəsinə verilib. “Təhsil” nəşriyyatı tərəfindən nəfis nüsxədə nəşr olunan və tələbələrin geniş faktlar əsasında ölkəmizdə teatr fəaliyyətinin inkişaf dinamikası haqqında biliklərə yiyələnməsini təmin edəcək […]
ADMİU-nun əməkdaşları “Vətənpərvərlik əsas meyardır” adlı tədbirdə iştirak ediblər
Aprelin 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MM qərargahı rəisi Arif Hüseyn, Teatr sənəti fakültəsinin baş müəllimi Əlizaman Mirzəyev və müəllim Pərvanə Namazova FHN-nin Akademiyasında keçirilən “Vətənpərvərlik əsas meyardır” mövzulu tədbirdə iştirak ediblər.Müəllimlər Ə.Mirzəyev və P.Namazova tədbirdə vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.Eyni zamanda əməkdaşlarımız Akademiyanın muzeyi ilə də yaxından tanış olublar.
ADMİU-nun Mətbəəsi mətbəə müdiri vəzifəsinə vakansiya elan edir
Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 25.04.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)
ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçirilib
Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi və ölkəmizin müstəqilliyi və […]












