“Qadın nuru” adlı sərgi keçiriləcək

İlahi nurdur, tükənməz işıqdır Qadın… Yanar, nur saçar və sevgisinin yolunda damla-damla əriyər, öz ömrünü əridər. Öz işığı ilə toxunduğu bütün həyatları gül-çiçəyə qərq edər, bahar təravəti ilə ətirləndirər, Günəş hərarəti ilə isidər.Nə xoş ki, ona həsr olunan gün də baharın ilıq nəfəsinin duyulduğu, Günəşin bütün istiliyi ilə bəşəriyyəti qucmağa hazırlaşdığı bir dövrə- yazın ilk […]

ADMİU-nun tələbəsi esse müsabiqəsinin qalibi olub

Təhsildə keyfiyyətin artırılması və tələbələrin qeyd edilən prosesdə iştirakını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Keyfiyyət elçisi” adlı təlim keçirilib. Təlim çərçivəsində Rəssamlıq fakültəsi Sənətşünaslıq ixtisasının III təhsil ili tələbəsi Hacıyev Məhəmməd Əhməd oğlu “Ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların rolu” mövzusunda esse müsabiqəsinə qatılaraq qaliblərdən biri olub. Məhəmməd Hacıyev bundan […]

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşr təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. Təqdimat mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, […]

Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həmin universitetin 21 magistr tələbəsi ADMİU-da elmi təcrübə keçiblər. Təcrübənin son günündə ADMİU-nun rektoru professor Ceyran Mahmudova tələbələrlə görüşüb. Onları Azərbaycanda və rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirən rektor Qazaxıstan Milli İncəsənət Universiteti ilə dostluq əlaqələrindən […]

ADMİU-da Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Ədəbiyyat və Dillər kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADMİU-nun professor-müəllim heyəti, tələbələr, Nəbi Xəzrinin övladları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Sofiyeva […]

Professor Niyazi Mehdiyə vida…

Görkəmli alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin vəfatı ilə bağlı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və universitetin kollektivi mərhum professorun ailə üzvlərinə, yaxınlarına və tələbələrinə dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Niyazi Mehdi Musa oğlu 1951-ci il fevralın 26-sında Bakıda ziyalı ailəsində anadan olub. O, 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət […]

Yeni ali təhsil proqramları hazırlanır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə Ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezedentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir. Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanması ilə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin “Komissiyanın yaradılması barədə” əmrinə əsasən Azərbaycan Dövlət […]

ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda Respublika elmi konfransı keçirməyi planlaşdırır. Konfrans 6 may 2025-ci il tarixində baş tutacaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2025-ci ildə 17-ci dəfə baş tutacaq. […]

“MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”

(Elmi-nəzəri konfrans) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq. XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat […]

ADMİU-nun kollektivi və tələbələri “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi və tələbələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Soyqırımı abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Həmçinin, universitetdə ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi açılıb. […]

ADMİU-nun tələbəsi məşhur filmin geyim rəssamı olub

Fevralın 27-də “Spinozanın Tanrısı” filminin qala gecəsi keçirilib.Qeyd edək ki, filmin geyim rəssamı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisasında təhsil alan 4-cü kurs tələbəsi Neyjən Məlikdir.