20 fevral 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzi tərəfindən “Akademik kitabxana fondları mədəni irsimizdə” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Tədbirdə Bakıda və regionlarda yerləşən aparıcı ali təhsil müəssisələrinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Xəzər […]
ADMİU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb.ATGTİ-nin rəhbər heyəti bu məqsədlə ADMİU-da olub və universitetin rektoru professor Ceyran Mahmudova ilə görüşüb. Görüşdə eyni zamanda ADMİU Elmi Şurasının üzvləri də iştirak ediblər.Görüş zamanı gənclərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı mühüm töhfələrindən, bu çərçivədə ADMİU-nun səmərəli […]
ADMİU tələbələrinə Türkiyədə təhsil imkanları və təqaüd proqramları haqqında məlumat verilib
Fevralın 18-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğanın rəhbərliyi ilə Yurtdışı Türklər və Əqraba İcma Başqanlığının (YTB) heyət üzvləri – Özge Kaya və Mehmet Serdar Ercan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Qonaqları ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova qəbul […]
ADMİU-nun Ümumi şöbəsi arxivçi vəzifəsinə vakansiya elan edir
Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 28.02.2025-cü il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)
ADMİU “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənninin tədrisi sahəsini genişləndirir
“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” akademik və innovativ kursu uğurla həyata keçirildiyi üçün digər ixtisaslarda da tədris edilməsi istiqamətində işlərə başlanılıb.Universitetin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II təhsil ilinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində inklüzivlik, inklüziv təhsil, sosial yanaşma, səmərəli ünsiyyət bacarıqları, əlilliyi olan şəxslərə təsviri sənətin öyrədilməsi və s. […]
Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri başlayıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Qazaxıstan Milli İncəsənət Universiteti ilə sıx əməkdaşlıq edir. Universitetlər arasında 09.09.2023-cü il tarixində əməkdaşlıq müqaviləsi bağlanıb. Bu əməkdaşlıq çərçivəsində həmin universitetin 21 magistr tələbəsi elmi təcrübə keçmək məqsədilə ADMİU-ya dəvət olunublar. Qonaq tələbələrlə görüşdə iştirak edən ADMİU-nun Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor […]
ADMİU tələbə və müəllimlər üçün təklif sorğusu keçirir!
Hörmətli tələbələr, müəllimlər və əməkdaşlar! Universitet həyatının daha da yaxşılaşdırılması üçün təkliflərinizi bizimlə paylaşmaq istəyirsinizmi? ADMİU olaraq, ideyalarınızı və inkişaf üçün irəli sürdüyünüz təklifləri dinləməyə hazırıq. Onlayn sorğuda iştirak edərək universitet mühitinin inkişafına töhfə verə bilərsiniz. Sizin təklifləriniz bizim üçün dəyərlidir! Uyğun olduğu təqdirdə, onların həyata keçirilməsi üçün universitet tərəfindən dəstək veriləcək. Sorğuda iştirak etmək […]
ADMİU-da “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda təlim keçirilib
Fevralın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “VarYox” platformasının birgə təşkilatçılığı ilə universitetdə “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda təlim təşkil olunub. Təlim “VarYox” platformasının spikeri Əfsanə Tahirova tərəfindən keçirilib.Təlimin əsas məqsədi Azərbaycanda və dünyada gender bərabərliyi sahəsindəki problemləri işıqlandırmaq, bu sahədə yayılmış yanlış anlayışları və stereotipləri müzakirə etmək, eləcə də gender […]
ADMİU-da “Problem əsaslı öyrənmə” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Strateji inkişaf planına müvafiq davamlı olaraq professor-müəllim heyətinin peşə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər keçirilir. Növbəti təlim “Problem əsaslı öyrənmə” (PBL – Problem-based learning) mövzusunda baş tutub.PBL tələbələrin problemlərin həllində tənqidi təfəkkür və analitik bacarıqları tətbiq etmələrini təmin etmək üçün tədrisdə problem əsaslı təlim metodunun tətbiqini nəzərdə tutur.Təlimlərə Sosial-siyasi […]
ADMİU-nun magistr tələbəsinin uğuru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin magistr tələbəsi Ramazan Həbibov özünün diplom müdafiəsini vizual moda nümayişi ilə təqdim edib.“Futurizmin Təkamülü – Müasir İncəsənət və Modaya Təsiri” mövzusundakı diplom işində həmçinin süni intellekt və innovasiyalardan istifadə olunub.Diplom rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovadır.
ADMIU-da “Problem əsaslı öyrənmə”mövzusunda təlim keçəcəkdir
10 fevral 2025-ci il saat 11.00 tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Fəxri Məhəmmədzadə tərəfindən professor-müəllim heyəti üçün “Problem əsaslı öyrənmə” mövzusunda təlim keçəcəkdir.
ADMİU-nun müəllimləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin Dizayn (dizaynda 3D qrafika) nominasiyasında televiziya studiyası üçün ən yaxşı dizayn layihəsinə görə birinci yerə layiq görülüb.Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov isə həmin müsabiqənin “Müxtəlif mövzulu yağlı boya rəsm əsəri” üzrə laureatı olub.













