ADMİU-nun tələbələri “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbirə könüllü dəstək olublar

Noyabrın 28-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Hilton Baku oteli ilə birlikdə 3 dekabr “Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə fiziki məhdudiyyətli gənclər üçün intellektual yarış keçirilib. Sonda Hilton Baku oteli tərəfindən iştirakçılara hədiyyələr və sertifikat təqdim olunub. ADMİU-nun sosial iş ixtisasının tələbələri tədbirə könüllü olaraq dəstək olublar.Gələcəkdə də əlilliyi […]

ADMİU Oqtay Ağayevin 90 illik yubileyini qeyd edir

16 dekabr 2024-cü il saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” konsert proqramı baş tutacaq. Konsert üçün olan biletləri buradan əldə edə bilərsiniz: https://iticket.az/events/concerts/oktay-agayev-90/135252

Sumqayıt şəhərinin 75 illiyi ilə əlaqədar konsert keçirildi

27-28 noyabr tarixlərində Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Sumqayıt Musiqi Kollecinin “Vio Cello” Kamera Orkestrinin (bədii rəhbərlər: Könül Bəkirova, Emin Həsənov, dirijor Əməkdar müəllim Firəngiz Xəlilova) müşayiəti ilə iki gün davam edən fortepiano konserti […]

ADMİU-nun tələbəsi Minskdə keçirilən qiraət müsabiqəsinin qalibi olub

ADMİU-nun Teatr sənəti fakültəsinin “Aktyor sənəti” ixtisası üzrə təhsil alan 3 tələbəsi Belarusiya Respublikasının Minsk şəhərində keçirilən professional qiraətçilər «Добрый сказ» VII Beynəlxalq bədii qiraət müsabiqəsində iştirak edib. Müsabiqənin I mərhələsində iştirakçılar çıxışlarını video formatda göndəriblər. II mərhələyə uğurla keçən tələbələrimiz 20-24 noyabr tarixlərində Minsk şəhərinə dəvət olunublar. Yekun mərhələdə tələbələrimizdən Əliulla Vəliyev I yerə […]

ADMİU-nun müəllimi və bir qrup tələbə Beynəlxalq Gənclər Forumunda iştirak edib

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Məhbarə Abbasova və bir qrup tələbəsi 20-24 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın İssık Kulun sahilində Çolpon-Ata şəhərində MDB ölkələrində Könüllülər Hərəkatı ilinə (2024) həsr olunmuş intellektualların Beynəlxalq Gənclər Forumunda iştirak ediblər.  Forumda ADMİU tələbələri tərəfindən Azərbaycan mədəniyyəti və ölkəmizdə gənclər siyasəti, könüllülük fəaliyyəti haqqında təqdimatlar edilib. Həmçinin, […]

“RƏQƏMSAL KİTABXANADAN İSTİFADƏ” MÖVZUSUNDA TƏLİMLƏR YEKUNLAŞIB

ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşları tərəfindən universitetin hər bir fakültəsində müvafiq ixtisaslar üzrə I təhsil ilinin tələbələri üçün təşkil edilən “Rəqəmsal kitabxanadan istifadə” mövzusunda təlimlər başa çatıb. Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan təlimlərin keçirilməsinin əsas prioriteti tələbələrin ənənəvi kitabxana-biblioqrafiya və informasiya xidmətlərindən istifadəyə cəlb olunması, veb səhifədə yerləşdirilmiş rəqəmsal tədris resurslarından, elektron informasiya-axtarış sistemindən və […]

ADMİU-nun müəllimi Xarkov Dövlət Mədəniyyət Akademiyası tərəfindən keçirilən beynəlxalq elmi onlayn konfransda iştirak edib

Noyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimi Əli Abuzərov onlayn formatda keçirilən və Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətşünaslıq və sosial kommunikasiyalar: innovativ inkişaf strategiyaları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib. Müəllim konfransın açılışında çıxış edərək Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illik yubileyini təbrik […]

“Günaydın, mələyim!” Türkiyədə…

İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-dən ilk film nümayişləri və ustad dərsləri ilə öz işinə başlayıb. “Film Heç Bitməsin” Film Festivalının ikinci mühüm tədbiri noyabrın […]

SABAH qrupu tələbələrimiz Moskvadan mükafatla qayıdırlar…

Xəbər verdiyimiz kimi, ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) 11-19 noyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak ediblər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” […]

ADMİU-nun üç ixtisası beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti, Operator sənəti və Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyələri 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR – Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. ADMİU-nun Operator sənəti, Aktyor sənəti, Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura […]

ADMİU-nun SABAH tələbələri Rusiya səhnəsində…

ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak edirlər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər. Tamaşadan […]

Serbiyanın Kragujevac Universiteti ADMİU-nun akademik heyəti üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti akademik heyət üçün müsabiqə elan edir. Müsabiqədə ADMİU-nun akademik heyəti iştirak edə bilər. Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:Pasport və ya şəxsiyyət vəsiqəsinin kopyası;Europass formatında CV (ingilis dilində);Motivasiya məktubu (ingilis dilində);Tövsiyə məktubu (ingilis dilində);Beynəlxalq dil sertifikatı.Qeyd: Dil sertifikatı […]