Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamın ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə” dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı 4 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq […]
ADMİU X Bakı Beynəlxalq Kitab Sərgisində Təmsil Olunur
Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.Açılış mərasimində milli musiqi incilərindən parçalar səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. “Kitab həmişə yaşasın və bizi yaşatsın”, – deyə o bildirib. Builki yubiley sərgisi […]
“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan uşaqların incəsənətin müxtəlif sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinə bələdçilik edəcək mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə müəyyən ixtisaslar üzrə təhsil alan tələbələrə “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni tədris ediləcək. […]
Rəqs həvəskarı olan tələbələrimizin diqqətinə!
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Milli Rəqs Qrupu yaradılıb.Milli rəqslərimizi peşəkar müəllimdən öyrənmək və ADMİU-nun tədbirlərində çıxış etmək istəyən bütün tələbələrimizi Milli Rəqs Qrupuna yazılmağa dəvət edirik!Əlaqələndirici şəxs: Toğrul QasımovƏlaqə nömrəsi: (055) 869-27-32
ADMİU-da “Maddə asılılığı mövzusunda Sosial işçinin rolu və funksiyası” adlı təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsininSosial-mədəni fəaliyyət kafedrasının Sosial işixtisasında təhsil alan tələbələr üçün “Maddə asılılığımövzusunda Sosial işçinin rolu və funksiyası” adlıtəlim keçirilib. Azərbaycan Respublikası Prezidentinin 1334 nömrəliSərəncamına əsasən “Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuzdövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair2019-2024 –cü illər üçün Dövlət Proqramı”nı əsastutaraq keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosialxidmətlərin təşkili departamentinin böyükmütəxəssisi Vüsalə Əhməd sözügedən mövzu iləbağlı çıxış edib. Təlimdə maddə asılılığı, bunu yaradan səbəblər, zərərləri və bu prosesdə Sosial işçinin rolu haqqındageniş və ətraflı məlumat verililib. Sonda tələbələrin sualları cavablandırılıb və maddəasılığından mübarizəyə dair müzakirələr aparılıb.
Hörmətli kitabsevərlər!
Sizi regionun ən böyük beynəlxalq kitab sərgisinə dəvət edirik. ADMİU-nun Kitabxana-informasiya mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair – 2024) təmsil olunacaq. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. […]
ADMİU-nun kollektivi Zəfər parkını ziyarət edib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, universitet kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Kollektiv xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb. Qeyd edək ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr […]
Şəhid Ravil Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 sentyabr-Vətən müharibəsinin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə ADMİU-nun şəhid məzunu Ravil Hümbətova həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU TGT-nin sədri Fidan Mikayılzadə günün önəmindən danışıb, gənc nəslin heç zaman öz tarixini və başda […]
ADMİU-da anım gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış alim, arxeoloq Lâtife Summerer seminarlar keçirəcək
Şimali Kiprin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, doktor Lâtife Summerer 14-18 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünya mədəni irsinin qorunması, arxeologiya, klassik arxeologiya və qədim dövr tarixi mövzularında seminarlar keçirəcəkdir. Maraqlanan professor-müəllim heyəti, magistrantlar və doktorantları seminarlara qatılmağa dəvət edirik.Əlaqə: Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. […]
ADMİU ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub
ADMİU-nun Mülki müdafiə qərargahı rəisi Hüseyn Arif 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində Peşəkar Ziyarətçi qismində iştirak edərək universitetimizi təmsil edib.
QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib
Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin […]













