ADMİU-da “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək. Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin bakalavr və magistr tələbələri iştirak edə bilər. Konfransın mövzusunun “İncəsənətdə postmodernizm dövrü və sonrası” kimi seçilməsi də bununla əlaqədardır. Postmodernizmi, yəqin […]

“MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq. XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya […]

ADMİU-nun Səhnə danışığı kafedrası laborant vəzifəsinə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 22.01.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

ADMİU-nun Ümumi şöbəsi aparıcı arxivçi vəzifəsinə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 08.02.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

2025-ci ilin mart ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti növbəti doktorantura ixtisas imtahanlarını keçirəcək

2025-ci ilin mart ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində doktorantura ixtisas imtahanlarında iştirak etmək istəyən doktorant və dissertantlar üçün imtahanlar keçiriləcək. Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydasına görə, ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə aşağıdakı sənədlər […]

ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr üçün Yeni İl şənliyi təşkil edib. Şənlikdə ADMİU THİK-in sədri Rusif Əliyev, fakültə sədrləri və həmkarlar ittifaqı fəalları olan tələbələr iştirak ediblər. Tədbirin giriş hissəsində ADMİU THİK-in sədri Rusif Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə tələbələri təbrik etməklə […]

ADMİU-nun dizayner tələbələrinin geyim kolleksiyaları “Mədəniyyət” TV-də nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasında təhsil alan 4-cü təhsil ili tələbələri və magistr tələbəsi iki dəfə müxtəlif zamanlarda “Mədəniyyət” kanalının qonağı olublar. Onlar ilk dəfə “Tomris”, ikinci dəfə isı “COP29”a həsr olunmuş kolleksiyalarını nümayiş etdiriblər. Hər iki kolleksiya böyük maraqla qarşılanıb. Qeyd edək ki, […]

2024-cü ilin son Elmi Şura iclası keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2024-cü ilinə olan son Elmi Şura iclası keçirilib. İclası giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2024-cü ilin ölkəmiz və universitetimiz üçün önəmindən danışıb, qazanılan uğurları qeyd edib. Rektor bildirib ki, ilk dəfə olaraq bütöv, suveren Azərbaycanda Prezident və Parlament seçkiləri keçirildi ki, bu […]

ADMİU-nun tələbəsi Qısametrajlı Filmlər Müsabiqəsinin qalibi olub

Naxçıvan Dövlət Film Fondu tərəfindən 1 oktyabr 2024-cü il tarixində elan edilmiş “Qoca Şərqin Qapısı” qısametrajlı filmlər müsabiqəsi başa çatıb. Bu günlərdə Naxçıvan Dövlət Film Fondunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə qeyd edilib ki, müsabiqə peşəkar və həvəskar olmaqla iki kateqoriyada təşkil olunub. Hər iki kateqoriyada qaliblər ən yaxşı rejissor işi, ən yaxşı operator işi […]

ADMİU-nun tələbələri «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qalibləri arasında…

Bu günlərdə Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və Kino Agentliyinin dəstəyi ilə keçirilən «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Dünyanın 18 ölkəsindən müəlliflərin qatıldığı festivalın qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də var. Belə ki, festivalın Ən yaxşı sənədli film nominasiyası üzrə ADMİU-nun Televiziya […]

Dünya şöhrətli riyaziyyatçı alim M.Əfəndiyev ADMİU-nun qonağı olub

Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub. Universitetin rektoru professor Ceyran Mahmudova Məsud Əfəndiyevi salamlayaraq onu rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, alimin riyaziyyat sahəsindəki zəngin təcrübəsi […]

İnstrumental ifaçılıq kafedrasının duet konserti keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın sinfinin R.Behbudov adına Mahnı Teatrında “Armonia Del Duetto” adlı duet konserti keçirilib. Musiqişünas Aytən Manafovanın aparıcılığı ilə keçən konsertdə Günel Quliyeva (müəllim), Nəzrin Əsgərli, Nüşabə Rüstəmova, Safura Mursəliyeva (III təhsil ili bakalavriat), Banuçiçək Hüseynova, Teymur İsmayılov (IV təhsil ili bakalavriat) müxtəlif dövr, […]