SABAH qrupu tələbələrimiz Moskvadan mükafatla qayıdırlar…

Xəbər verdiyimiz kimi, ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) 11-19 noyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak ediblər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” […]

ADMİU-nun üç ixtisası beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti, Operator sənəti və Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyələri 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR – Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. ADMİU-nun Operator sənəti, Aktyor sənəti, Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura […]

ADMİU-nun SABAH tələbələri Rusiya səhnəsində…

ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak edirlər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər. Tamaşadan […]

Serbiyanın Kragujevac Universiteti ADMİU-nun akademik heyəti üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti akademik heyət üçün müsabiqə elan edir. Müsabiqədə ADMİU-nun akademik heyəti iştirak edə bilər. Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:Pasport və ya şəxsiyyət vəsiqəsinin kopyası;Europass formatında CV (ingilis dilində);Motivasiya məktubu (ingilis dilində);Tövsiyə məktubu (ingilis dilində);Beynəlxalq dil sertifikatı.Qeyd: Dil sertifikatı […]

ADMİU-nun böyük uğuru…

“National H-index Ranking” tərəfindən 2024-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azerbaijan National H-index Ranking-2024” açıqlanıb. Bu hərtərəfli yeniləmə ölkənin aparıcı tədqiqat institutlarının Hirsch indeksi göstəricilərinə görə reytinqini ehtiva edir.“Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə […]

Serbiyanın məşhur universiteti ADMİU tələbələri üçün Erasmus+ müsabiqəsinin vaxtını 25 noyabra qədər uzadır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün İnstrumental ifaçılıq və Tətbiqi incəsənət (Qrafik dizayn və Təsviri incəsənət) sahələri üzrə müsabiqə elan edir. Müsabiqədə ADMİU-nun bakalavr və magistr tələbələri iştirak edə bilər. Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:Pasport və ya şəxsiyyət […]

ADMİU-da COP29 layihəsi çərçivəsində bilik yarışı keçirilib

Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “COP29 layihəsi çərçivəsində turizm intellektual bilik yarışması” keçirilib. Yarışda I, II, III və IV kurs tələbləri iştirak ediblər. Uğurla başa çatan yarışın yekununda qalib komandaya Fəxri Fərmanlar və hədiyyələr verilmiş, digər komanda üzvlərinə isə fəal iştirakları nəzərə alınaraq Təşəkkürnamələr təqdim […]

ADMİU-da “Zəfərin sədası” adlı bədii proqram keçirilib

Noyabrın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərin sədası” adlı bədii proqram keçirilib. Tədbirdə millət vəkilləri, şəhid ailələri, qazilər, universitet rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə ölkəmizin azadlığı və […]

ADMİU-nun Zəfər Gününə həsr olunmuş yeni nəşri təqdim olunub

Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Sənətdən cəbhəyə” kitabının təqdimat mərasimi və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə universitet rəhbərliyi, şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Öncə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi […]

SABAH qrupunun tələbələri “Davamlı Gələcək üçün İncəsənət” sərgisində çıxış ediblər

Noyabrın 5-də Muzey Mərkəzində Elm və Təhsil nazirliyinin təşkilatçılığı ilə COP29 və SABAH-ın 10 illiyinə həsr olunmuş “DAVAMLI GƏLƏCƏK ÜÇÜN İNCƏSƏNƏT” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərgidə ADMİU-nun 2-ci kurs aktyor sənəti ixtisası SABAH tələbələri COP29-a həsr etdikləri M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” […]

“Kreativ gənclər” düşərgəsi böyük marağa səbəb olub

1-3 noyabr tarixlərində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər” adlı düşərgə keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbəsi iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər. “Kreativ […]

Zəfər gününə həsr olunmuş “Zəfər sədası” adlı musiqili bədii proqram keçiriləcək

Proqram “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tələbə Elmi- Yaradıcılıq Cəmiyyətinin” birgə təşkilatçılığı ilə keçiriləcək. Proqram çərçivəsində istedadlı gənclərin və incəsənət xadimlərinin ifasında musiqi nömrələri, habelə milli rəqslər nümayiş olunacaq. 06.11.2024/11:00 ADMİU (Əsas korpus)Abdurrahim bəy Haqverdiyev11