Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin […]

Akademik məsləhətçi olmaq istəyirsiniz? BU KURS SİZİN ÜÇÜNDÜR!

ADMİU-nun eksklüziv Tyutor hazırlığı kursuna qoşularaq, yeni biliklər və sertifikat qazanmaq fürsətini qaçırmayın! Cəmi 300 manata əldə edilən bu kurs, dekabrın 2-dən başlayaraq həftədə üç dəfə – çərşənbə, cümə axşamı və cümə günləri saat 16:00-da keçiriləcək. Son qeydiyyat tarixi 1 dekabra qədərdir! Xüsusi endirimlər: Daha çox akademik dəyər, daha çox karyera üstünlüyü – bu kursda […]

ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox […]

ADMİU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Oktyabrın 24-ü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə universitetin rektoru professor Ceyran Mahmudova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb. İmzalanma mərasimində qonaqları salamlayan rektor C.Mahmudova təhsil sahəsindəki son nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət açıb. Rektor qeyd […]

ADMİU-da “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29” mövzusuna həsr olunmuş “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri, professor Xaləddin Sofiyev açaraq COP29 konfransının dünyəvi əhəmiyyətindən danışıb, […]

Professor Ziyadxan Əliyev ADMİU-da ustad dərsi keçib

Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) birgə təşkilatçılığı ilə “Bir əsərin yaranma tarixçəsi” adlı ustad dərsi keçirilib. Ustad dərsin məruzəçisi Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev olub.Tədbirdə “Təsviri-sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan […]

Görkəmli rejissor Vaqif İbrahimoğlu ADMİU-da anılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru kafedrasının təşkilatçılığı ilə “Vaqif İbrahimoğlu- 75” adlı tədbir keçirilib. Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının yaradıcısı və mərhum baş rejissoru Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirin aparıcısı […]

Tanınmış arxeoloq Latife Summerer ADMİU-da ustad dərsləri keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış arxeoloq professor, dr. Latife Summerer ADMİU-da “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) professoru, doktor […]

Təhsildə Keyfiyyət Təminatı Agentliyi esse müsabiqəsi elan edir

Məlumat vermək istəyirik ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsilalanların akkreditasiya prosesində iştirakını məzmun baxımından gücləndirmək və ali təhsil müəssisələrində təhsil alan tələbələrin keyfiyyət təminatı ilə əlaqədar rəyini əldə etmək üçün esse müsabiqəsi elan edir. Müsabiqə nəticəsində seçilən tələbələr ATM-lərdə keyfiyyət təminatı elçisi statusunda çıxış edərək TKTA-dan zəruri təlim dəstəyi əldə edəcək və ATM-lərin institusional və […]

ADMİU-da Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Gənclər Təşkilatı tərəfindən Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, tələbələr və qonaqlar iştirak ediblər. Görüşdə çıxış edən ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva cəmiyyətimizdə qadına verilən dəyərdən, qadın hüquqlarının beynəlxalq səviyyədə qorunmasının əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Azərbaycanda hər zaman qadın […]

“Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunub

İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-də ilk film nümayişləri və ustad dərsləri ilə açılıb. Festival çərçivəsində Xalq artisti, ADMİU-nun professoru Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru […]

Turizm və Muzey Sahələrinə Dair Yeni Tədris Nəşrləri

Kitabxana-informasiya mərkəzinin fonduna turizm sahəsi üzrə yeni tədris nəşrləri – “Multikultural ənənələrin turizm məqsədli istifadəsi”, “Qarabağ muzeylərinin yaranma tarixi” və “Mədəni irsin qorunması beynəlxalq təşkilatların əhəmiyyəti” daxil olub. Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasının dosent əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadənin tərtib etdiyi bu metodik vəsaitlər ADMİU-nun Kulturologiya fakültəsinin tələbələri üçün dəyərli […]