Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunacaq

İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino festivalı kino dünyasına əhəmiyyətli bir töhfə verəcək. Festival 18 oktyabr 2024-cü il tarixində ilk film nümayişləri və ustad dərsləri ilə açılacaq. Festival çərçivəsində Vaqif Mustafayevin ssenari müəllifi və […]

Akademik Heyətin və Tədqiqatçıların Nəzərinə!

14 oktyabr 2024-cü il tarixindən ADMİU minlərlə universitetdən milyonlarla elmi-tədqiqat əsəri təklif edən dünyanın ən əhatəli dissertasiya və tezislər toplusu olan “ProQuest Dissertations & Theses (PQDT) Global” resurslar bazasına giriş əldə edib. Hər il yüz minlərlə yeni araşdırmanın əlavə olunduğu bu bazada tam mətnlərin əhatə dairəsi 1743-cü ildən bu günə qədər, sitat əhatəsi isə 1637-ci […]

ADMİU-da “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda konfrans keçirilib

Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrası tərəfindən “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Folklor teatrının tədqiqatçısı professor Mahmud Allahverdiyevin 90, rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunan konfrans həndpən ifaçısı Əjdər Hümbətovun çıxışı ilə başlayıb. Konfransı giriş sözü ilə açan universitetin rektoru professor […]

Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun pedaqoqları Vamiq Məmmədəliyev və Samirə Əliyevaya həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə bədii gecə keçirilib. ADMİU-nun rəhbərliyi, professor-müəllim kollektivi, tanınmış sənət nümayəndələri, musiqisevərlər və mətbuat nümayəndələrin iştirak etdiyi tədbir Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyevanın beynəlxalq uğuruna həsr […]

Sizi ADMİU-da MBA proqramı üzrə dərs deməyə dəvət edirik!

Mədəniyyət və incəsənət sahəsində (əlaqəli sahələrdə) biznes və idarəetmə üzrə müəyyən iş təcrübəsi olan, yüksək pedaqoji keyfiyyətlərə malik, Azərbaycan, ingilis və rus dillərində aşağıda göstərilən fənləri tədris etməyi bacaran şəxslər ADMİU-da yaz semestrində MBA proqramı üzrə saathesabı qaydada tədrisə cəlb olunmaq üçün dəvət olunurlar: Azərbaycan, ingilis və rus bölmələri üçün: Mədəniyyət və incəsənət sahəsində yeni trendlər Korporativ […]

ADMİU KA171 mobillik proqramına qatılmağa hazırlaşır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq Layihələr və Əcnəbilərlə İş Şöbəsi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə qlobal Erasmus+ Günləri çərçivəsində tələbələr üçün məlumat sessiyası təşkil edilmişdir. Sessiyada universitetin Erasmus+ proqramında artan rolu və ADMİU-nun beynəlxalq akademik mobillik imkanlarında fəal iştirakı tələbələrə təqdim edilmişdir. Sessiyada Beynəlxalq Layihələr və Əcnəbilərlə iş şöbəsinin müdiri və […]

Vaşinqton Universitetinin tədqiqat işləri üzrə asistenti ADMİU-da qonaq müəllim kimi mühazirə deyib

Vaşinqton Universitetinin tədqiqat işləri üzrə asistenti və COP29-un İnklüzivlik üzrə meneceri Elman Süleymanov ADMİU-da “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənnindən “Müxtəlif qayrama və öyrənmə stilləri” mövzusu üzrə qonaq müəllim qismində çıxış edib. Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yeni tədris ilindən etibarən “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsinin icrasına başlayıb. […]

ADMİU-nun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Füzuli dünyasında” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məhəmməd Füzuli yaradıcılığı haqqında danışaraq onun əsrlərdən bəridir təkcə Azərbaycan ədəbiyyatına deyil, eləcə də Yaxın və […]

BASE 2024, bu il qonaq ölkə olan Azərbaycandan gənc rəssamların müraciətini gözləyir!

Bu il 26 Noyabr- 1 Dekabr tarixləri arasında Ritz Residences’da 8-cisi gerçəkləşəcək Türkiyə Gözəl Sənətlər Fakültələrinin buraxılış sərgisi Trendyolun sponsorluğu ilə keçiriləcək. Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsm, fotoqrafiya, video, qrafik dizayn, interyer dizayn, tekstil, milli dizayn (xalça və s.), şüşə, keramika, animasiya bölmələrində sonuncu kurs bakalavr və magistr pillələrində təhsil alan və […]

Dünya şöhrətli rejissorlar ADMİU-da ustad dərsi keçiblər

Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qarğıdalı adası” filmi ilə Karlovı Varı və “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan gürcü rejissoru, prodüser Georgi Ovaşvili və “Qızıl Qlobus” və “Kann” film festivallarının mükafatçısı əfqan rejissor Siddik Barmakın ustad dərsləri keçirilib. ADMİU-nun Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə […]

ADMİU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib

Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə universitetin Rəssamlıq fakültəsinin tələbələri üçün narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş nitqi ilə ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açaraq dövrümüzün bəlası olan narkomaniya və digər asılılıqlardan danışıb, onların gətirdiyi fəsadları vurğulayıb. ADMİU Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri […]

Azərbaycan musiqisinin Qərbdəki siması- Xədicə Zeynalova

“Vətəni sevmək azdır, onu qorumaq gərək, “Vətənim”-demək azdır, Vətənin olmaq gərək” – deyib mərhum şairimiz Cabir Novruz. Əsl vətəndaş olduğu yerdən, zamandan asılı olmayaraq hər daim Vətənini adında, əməlində, yaddaşında və ruhunda yaşadan, yaşatdırandır. Həyatını və yaradıcılığını Azərbaycan adlı məmləkətin qədim, zəngin mədəniyyətinin, incəsənətinin təbliğinə həsr edən, Vətənin sərhədlərindən kənarda Vətən olan həmyerlilərimizdən biri də […]