Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış alim, arxeoloq Lâtife Summerer seminarlar keçirəcək
Şimali Kiprin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, doktor Lâtife Summerer 14-18 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünya mədəni irsinin qorunması, arxeologiya, klassik arxeologiya və qədim dövr tarixi mövzularında seminarlar keçirəcəkdir. Maraqlanan professor-müəllim heyəti, magistrantlar və doktorantları seminarlara qatılmağa dəvət edirik.Əlaqə: Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. […]
ADMİU ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub
ADMİU-nun Mülki müdafiə qərargahı rəisi Hüseyn Arif 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində Peşəkar Ziyarətçi qismində iştirak edərək universitetimizi təmsil edib.
QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib
Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin […]
“FOLKLOR TEATRININ MÜASİR ETNOMƏDƏNİ MƏKANDA MÖVCUDLUQ PARAMETRLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans haqqında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.Folklor teatrının tədqiqatçısı professor Mahmud Allahverdiyevin 90, rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunan Konfrans 15 oktyabr 2024-ci il tarixində Bakı şəhərində baş tutacaq. Müasir etnomədəni məkanda folklor xüsusi önəm daşıyır. Qloballaşmış dünyada milli kimliyini itirmək təhlükəsi ilə üzləşən […]
Sadəliyin səmimiliyində sənət eşqi – İlham Rəhimli yazır
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müəllim kimi İncəsənət İnstitutunda (bugünkü Mədəniyyət və İncəsənət Universitetində) dərs deyirdi, uzaqdan-uzağa müəyyən rəğbətim vardı. Əslində onu özündən əvvəl sənəti ilə tanımışdım. 1968-ci ildə Akademik Milli Dram Teatrında diplom işi kimi hazırladığı […]
ADMİU-da Tədris şöbəsinin Tədrisin təşkili bölməsinə mütəxəssis vəzifəsinə vakansiya elan olunur
Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 23.09.2024-cü il saat 18:00 Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir. Proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq. Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə […]
ADMİU-nun müəllimi Braziliyada keçirilən konsertdə çıxış edib
Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı […]
ADMİU-nun rektoru “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimat mərasimində iştirak edib
Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. Azərbaycan […]
Nişantaşı Universitetinin nümayəndələrinin Bakı səfəri başa çatıb
16-20 sentyabr tarixlərində Bakıda səfərdə olan Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndə heyəti son gündə bir daha Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova ilə görüşüblər. Qonaqları qəbul edən rektor Ceyran Mahmudova onların səfər təəssüratları ilə maraqlanıb, beş gün ərzində rəhbəri olduğu ali təhsil ocağında onlara ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib. Rektor […]
Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri yekunlaşıb
Sentyabrın 17-dən başlayaraq Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçdikləri silsilə ustad dərsləri yekunlaşıb. Sentyabrın 18-də Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyev “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi” mövzusundakı məruzə ilə ADMİU-lu tələbələrin qarşısına çıxıb. Sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və […]













