Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 15.11.2024-cü il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)
ADMİU-da COP29-a həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
10 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29). həsr olunmuş “Mədəniyyətin ekoloji dayanıqlığa töhfəsi” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək. Konfransla maraqlananlar, məruzə ilə iştirak edə bilərlər. Son təqdimetmə tarixi: 30 sentyabr 2024-cü il Bildiriş Tarixi: 30 oktyabr 2024-cü il Konfrans […]
Azərbaycanlı xanım beynəlxalq müsabiqənin qaliblərindən olub
Bu günlərdə Özbəkistanın Daşkənd şəhərində keçirilən X Beynəlxalq Müasir İncəsənət Biennalesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Məhbarə Abbasovanın “Görünməyən aləmlər” kurator layihəsi ikinci yerə layiq görülüb. Layihənin rəssam iştirakçıları Nərgiz Əsgərova, Emin Mathers, Şəlalə Salamzadədir. Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Biennaledə ümumilikdə 42 […]
SABAH tələbələri beynəlxalq konfrasda
ADMİU-nun Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrulun SABAH mərkəzinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası II təhsil ili tələbələri ilə “COP29 VƏ İNCƏSƏNƏT” mövzusunda keçdiyi təlim nəticəsində yazılan məqalələr Beynəlxalq konfransda dərc olunub. Eləcə də oktyabrın 26-da Azərbaycan Respublikası Gənclər Fondu və “ELM”Gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Şuşa […]
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin […]
Akademik məsləhətçi olmaq istəyirsiniz? BU KURS SİZİN ÜÇÜNDÜR!
ADMİU-nun eksklüziv Tyutor hazırlığı kursuna qoşularaq, yeni biliklər və sertifikat qazanmaq fürsətini qaçırmayın! Cəmi 300 manata əldə edilən bu kurs, dekabrın 2-dən başlayaraq həftədə üç dəfə – çərşənbə, cümə axşamı və cümə günləri saat 16:00-da keçiriləcək. Son qeydiyyat tarixi 1 dekabra qədərdir! Xüsusi endirimlər: Daha çox akademik dəyər, daha çox karyera üstünlüyü – bu kursda […]
ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib
Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox […]
ADMİU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Oktyabrın 24-ü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə universitetin rektoru professor Ceyran Mahmudova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb. İmzalanma mərasimində qonaqları salamlayan rektor C.Mahmudova təhsil sahəsindəki son nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət açıb. Rektor qeyd […]
ADMİU-da “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib
Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29” mövzusuna həsr olunmuş “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri, professor Xaləddin Sofiyev açaraq COP29 konfransının dünyəvi əhəmiyyətindən danışıb, […]
Professor Ziyadxan Əliyev ADMİU-da ustad dərsi keçib
Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) birgə təşkilatçılığı ilə “Bir əsərin yaranma tarixçəsi” adlı ustad dərsi keçirilib. Ustad dərsin məruzəçisi Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev olub.Tədbirdə “Təsviri-sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan […]
Görkəmli rejissor Vaqif İbrahimoğlu ADMİU-da anılıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru kafedrasının təşkilatçılığı ilə “Vaqif İbrahimoğlu- 75” adlı tədbir keçirilib. Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının yaradıcısı və mərhum baş rejissoru Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirin aparıcısı […]
Tanınmış arxeoloq Latife Summerer ADMİU-da ustad dərsləri keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış arxeoloq professor, dr. Latife Summerer ADMİU-da “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) professoru, doktor […]













