Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mədəniyyət TV-nin qonağı olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi, sosial iş üzrə mütəxəssis Rzayeva Ülkər Mədəniyyət TV-nin “Səhər çağı” verilişinin qonağı olub.
Verilişdə tütün istifadəsinin insan sağlamlığına, həyat keyfiyyətinə və cəmiyyətə mənfi təsirləri müzakirə edilib. Söhbət zamanı tütünün yaratdığı sağlamlıq riskləri, siqaret çəkməyə meyilliliyin formalaşma səbəbləri, xüsusilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunmasında ailənin, təhsil müəssisələrinin və cəmiyyətin rolu haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, sağlam həyat tərzinin təbliği, maarifləndirmə tədbirlərinin əhəmiyyəti və zərərli vərdişlərin profilaktikasında sosial işin rolu diqqətə çatdırılıb.
Tütün istifadəsinin qarşısının alınması yalnız fərdi deyil, həm də mühüm sosial məsələdir. Bu istiqamətdə ailə, təhsil müəssisələri və ictimaiyyətin birgə fəaliyyəti sağlam gələcəyin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

