Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2024/2025-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul ELAN EDİR
№ | İxtisasın şifri | İxtisasın adı |
---|---|---|
1 | 050301 | Ak Aktyor sənəti |
2 | 050302 | Bədii yaradıcılıq və ekran dramaturgiyası |
3 | 050304 | Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq |
4 | 050306 | Dizayn (geyim dizaynı, interyer dizaynı, qrafik dizayn |
5 | 050308 | İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri);Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban); |
6 | 050310 | Muzey, arxiv işi və abidələrin qorunması |
7 | 050311 | Operator sənəti |
8 | 050312 | Populyar musiqi və caz ifaçılığı (vokal) |
9 | 050313 | Qrafika |
10 | 050314 | Rejissorluq |
11 | 050315 | Rəngkarlıq |
12 | 050316 | Sənətşünaslıq (sahələr üzrə) (təsviri sənətin tarixi və nəzəriyyəsi) (teatrşünaslıq) (kinoşünaslıq) |
13 | 050317 | Vokal sənəti (xanəndə) |
14 | 050209 | Kitabxanaçılıq və informasiya fəaliyyəti |
15 | 050213 | Sosiologiya |
16 | 050807 | Sosial iş |
17 | 050809 | Turizm bələdçiliyi |
18 | 050810 | Turizm işinin təşkili |
QEYD: bütün ixtisaslar üzrə illik təhsil haqqı 1950 AZN təşkil edir. |
Təkrar ali təhsil almaq istəyənlər əvvəlcə https://portal.edu.az/ saytında 30 avqust 2024-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Sonra isə aşağıda qeyd olunan sənədləri ADMİU-nun Ümumi Şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
- 2024-cü ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript
- 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında)
- Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd)
- Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)
- Seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işi.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Ərizə forması
Təhsilalma tədrisə tam(fulltime) və ya qismən(parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır.Təhsil haqqı müqavilə əsasında ödənilir.
Sənədlərin qəbulu 2024-cü ilin may ayının 15-dən sentyabr ayının 5-dək aparılacaq.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Email: info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80