ADMİU-nun da təşkilatçılığı ilə Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində Ankara Hacı Bayram Veli Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə XII əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş “Türk dünyası və Pir-i Türküstan Yasəvi yolu və mirası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.   XII əsrdə Türk dilini dünyanın ən inkişaf […]

ADMİU ilk dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilk dəfə olaraq Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub. Belə ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında ADMİU-nun tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin […]

ADMİU-nun rektoru Qazaxıstanda qızıl medala layiq görülüb

TÜRKSOY-un təşəbbüsü, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk dünyası Tələbə Teatrları festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nümayəndələri fəxri mükafatlara layiq görülüblər.Belə ki, ADMİU-nun rektoru professor Ceyran Mahmudova incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında göstərdiyi böyük əməyə görə Temirbek Jurgenov […]

ADMİU-nun tələbəsi Qazaxıstanda keçirilən Beynəlxalq festivalda mükafat qazanıb

Xəbər verdiyimiz kimi, ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri 20-22 may tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında ölkəmizi təmsil ediblər. Tələbələrimiz mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış ediblər.Həmin gün keçirilən mükafatlandırma və bağlanış mərasimində SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbəsi […]

ADMİU SABAH qruplarının tələbələri Qazaxıstanda uğurla çıxış ediblər

Qazaxıstanın Almatı şəhərində təşkil olunan Türk Dünyası Tələbə Tamaşaları festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil edirlər.Tələbələrimiz Allahquliyev Rahib, Fərzəliyev Murad, Əhmədov Rüfət, Əliyeva Fatimə, Gərayli Sabir, Hənifə-zadə Elay, İsmayıl Firuzə və Quliyeva Ləman mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış eyniadlı rok ballada ilə çıxış ediblər. […]

ADMİU beynəlxalq əlaqələrini genişləndirməyə davam edir

TÜRKSOY-un təşəbbüsü, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk dünyası Tələbə Teatrları festivalı çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında rəsmi görüş baş tutub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.  Memorandumu […]

ADMİU-nun müəllimləri Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirak ediblər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət günləri çərçivəsində Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli qala konsertdə, eləcə də Azərbaycan qədim musiqi alətləri ansamblının konsertində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, tanınmış incəsənət xadimləri iştirak ediblər.Belə ki, ADMİU-nun Muğam sənəti kafedrasının müəllimləri- Xalq […]

Rektor Ceyran Mahmudovanın başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda keçirilən Beynəlxalq Tələbə Teatrları festivalında iştirak edirlər

ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 […]

ADMİU-da Beynəlxalq Muzeylər Günü münasibətilə tələbə elmi konfransı keçirilib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Yeni texnologiyaların mədəniyyətə tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib. Tədbirdə universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent […]

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının magistr tələbəsi Pərviz Ələkbərli Türkiyənin Ege Universitetinin ev sahibliyi ilə baş tutan II Beynəlxalq Turan Film Festivalında iştirak edərək mükafat qazanıb.Film Festivalı Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ege Universiteti, TÜRKSOY və Kino Baş Müdirliyinin əməkdaşlığı ilə təşkil edilib.Festivalda ölkəmizi təmsil edən […]

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor […]

ADMİU-nun müəllimi Beynəlxalq Festivalın Qran pri qalibi olub

26-28 aprel tarixlərində Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan IV Beynəlxalq Baxşı Festivalının bağlanış mərasimi keçirilib. Festivalda Azərbaycan Ozan Aşıq sənətini təmsil edən ADMİU-nun Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli Qran pri qalibi olub.Xatırladaq ki, IV Beynəlxalq Baxşı Festivalının münsif kürsüsündə ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar […]