Qazaxıstanın Türküstan şəhərində türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalının açılış mərasimi keçirilib. Qeyd edək ki, iki il əvvəl festival Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Bakıda keçirilib.Festivalda ADMİU-nu Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, ADMİU SABAH qruplarının rəhbəri, Teatr sənəti fakültəsinin baş müəllimi, […]
ADMİU-nun professoru ölkəmizi İtaliyada keçirilən beynəlxalq tədbirdə təmsil edib
25-26 sentyabr tarixlərdə İtaliyanın Kassini şəhərində qayaüstü incəsənətin öyrənilməsi və qorunmasına həsr olunmuş beynəlxalq tədbir keçirilib. “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” (“Re-discovering the first Art of humankind”) adlı tədbir Azərbaycan və İtaliyadan dövlət rəsmilərini, Avropanın aparıcı alim və mütəxəssislərini, muzey direktorlarını, eləcə də incəsənət, tarix, antropologiya və qayaüstü təsvirlər üzrə tədqiqatçıları bir araya gətirib.XVII əsrə […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Gelişim Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə İstanbul Gelişim Universiteti arasında onlayn görüş keçirilib. Toplantıda Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Cavid Zeynalov, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Kino-televiziya sənətləri kafedrasının müəllimi Anar Verdiyev, İstanbul […]
ADMİU-nun baş müəllimi Ruslan Zərbaliyev Türkiyədə keçirilən beynəlxalq festivalda çıxış edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Xalq çalğı alətləri kafedrasının baş müəllimi, tarzən Ruslan Zərbaliyev “Vətən” muğam qrupunun tərkibində Türkiyənin Eskişehir şəhərində keçirilən beynəlxalq mədəniyyət tədbirlərində iştirak edib. Odunpazarı Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan “Şehrin Ateşi – IX Beynəlxalq Eskişehir Odunpazarı Seramik Pişirim Teknikleri Çalıştayı” və “Camın Büyüsü – XI Odunpazarı Beynəlxalq Cam Festivalı” […]
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində səfərdə olub.Səfər çərçivəsində İstanbul Medeniyyet Universiteti və İstanbul Gelişim Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra mühüm görüşlər keçirilib. Görüşlərdə “Dövlət idarəçiliyi modelləri və yaradıcı sənayelərdə davamlılıq siyasəti” adlı elmi-tədqiqat layihəsinin […]
ADMİU nümayəndəsi Qırğızıstanda keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib
19–23 may 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Культурное наследие народов Содружества: Ремесленный предмет как носитель культурного кода” (“Birlik ölkələri xalqlarının mədəni irsi: sənətkarlıq nümunəsi mədəni kodun daşıyıcısı kimi”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərova iştirak edib. Nəzakət Səfərova tədbir […]
ADMİU-nun dosenti Qazaxıstanda beynəlxalq akademik fəaliyyətdə iştirak edib
3–5 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Kulyaş Bayseitova adına Qazaxıstan Dövlət Milli İncəsənət Universitetinin dəvəti ilə həmin ali təhsil müəssisəsində keçirilən dövlət imtahanlarında iştirak edib. Toğrul Əsədullayev üç gün ərzində “Xalq çalğı alətləri” ixtisası üzrə Dövlət […]
ADMİU-nun prorektoru Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak edib
Mayın 18–19-da Daşkənddə Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Musiqi təhsili: qlobal miqyasda vahid məkana doğru” adlı I Beynəlxalq Forum keçirilib. Tədbirdə müxtəlif ölkələrin aparıcı yaradıcılıq və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) forumda beynəlxalq əlaqələr üzrə prorektor, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova təmsil edib.Forumun təntənəli açılış mərasimi […]
ADMİU-nun müəllimlərinin əsərləri Beynəlxalq sərgidə fərqlənib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri, dosent, Əməkdar rəssam Rəşad Cabarovun “Musiqili şəhər” adlı rəsmi Rusiyanın Sankt-Peterburq şəhəri Ştinqlitz Akademiyasında keçirilən “Dünyada Sərhədsiz İncəsənət” adlı Beynəlxalq sərgidə Fiqurlu kompozisiya nominasiyası üzrə II yerə layiq görülüb.Sözügedən sərgidə Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarovun “Qız qalası əfsanəsi” adlı əsəri […]
ADMİU nümayəndə heyəti “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir.Qeyd edək ki, sərgi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin ölkəyə cəlb olunması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.Sərginin ilk günündə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev […]
ADMİU Qazaxıstanda keçirilən beynəlxalq təhsil sərgisində iştirak edir
Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm […]
ADMİU əməkdaşı “Generative AI” üzrə beynəlxalq sertifikat əldə edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Sabir Abbaszadə süni intellekt və generativ texnologiyalar üzrə beynəlxalq təlim proqramını uğurla tamamlayaraq sertifikat əldə edib. Belə ki, Sabir Abbaszadə Google Cloud tərəfindən autorizə olunan və Coursera platforması üzərindən təqdim edilən “Gen AI: Beyond the Chatbot” adlı onlayn təlim kursunu müvəffəqiyyətlə bitirib. Təlim proqramı generativ süni intellektin […]













