ADMİU-nun dosenti Samirə Əliyeva Özbəkistanda keçirilən IV Beynəlxalq Вахşı Festivalının münsifidir

Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Вахşı Festivalının açılış mərasimi keçirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, bахşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıblar. Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, […]

ADMİU-nun prorektoru Sevil Kərimova Bişkekdə mühazirə keçib

Qırğızıstanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir. Mədəniyyət günləri gedişində aprelin 22-də Qırğızıstan Milli İncəsənət Muzeyində sənətşünas alimlərimizin mühazirələri təşkil olunub. Mühazirələri müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova “İrs inciləri: Azərbaycan […]

ADMİU-nun müəllimləri Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərində iştirak edirlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Mədəniyyəti Günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları- Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanov, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyeva, Əməkdar artistlər İnarə Babayeva, […]

SABAH qruplarından Beynəlxalq Uğur!

14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində baş tutan “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV təhsil ilinin tələbələri (Nurlan Ağayev, Fətəli Abdullayev, Zeynəb İslamova, Emil Həmidov, Cəfər Cəfərli) “Dəniz Kənarı ilə Qaçan Alabaş” tamaşası ilə çıxış edərək “Ən yaxşı […]

ADMİU SABAH qrupları Qırğızıstanda keçirilən Beynəlxalq Tələbə Teatr Festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları Aktyor sənəti ixtisası IV kurs tələbələri və SABAH Mərkəzinin rəhbəri Nofəl Vəliyev 14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında iştirak edirlər. Tələbələrimiz 16 aprel tarixində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən “Dəniz Kənarı ilə qaçan Alabaş” tamaşası […]

ADMİU-nun təşəbbüsü ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilir

Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilir. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qonaqları […]

ADMİU-nun müəlliminin də yer aldığı “Vətən” muğam qrupu Özbəkistanda konsert proqramı ilə çıxış edib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.Konfrans çərçivəsində “Vətən” muğam qrupu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin qarşısında konsert proqramı ilə çıxış edib.Muğam qrupunun üzvləri- Respublika və beynəlxalq müsabiqələr qalibləri, Beynəlxalq Türk Mədəniyyəti təşkilatı Türksoy Xalq Çalğı alətləri orkestrinin solistləri, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) və Azərbaycan Milli […]

ADMİU-nun dosenti Həmzə Abdullayevin əsəri Qazaxıstan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasına daxil edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının dosenti, Əməkdar rəssam Həmzə Abdullayev Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Qazaxıstan Rəssamlar İttifaqının 90 illiyinə həsr olunmuş Beynəlxalq Bienalda iştirak edib.Sərgidə nümayiş olunan “Abşeron Bahar” adlı əsəri 18 nəfərdən ibarət sərgi komissiyası tərəfdən rəğbətlə qarşılanıb. “Abşeronda Bahar” adlı rəngkarlıq əsəri Bienalı sertifikat […]

Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşasını təqdim edib

Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar. Qırğızıstan Respublikasının […]

Əməkdar rəssam Rəşad Cabarov beynəlxalq sərgidə uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarov Rusiyada keçirilən beynəlxalq sərgidə qaliblərdən biri olub.Rəssam Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan “Dünyada sərhədsiz incəsənət” adlı beynəlxalq sərgidə portret nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

ADMİU-nun müəllimi beynəlxalq müsabiqədə laureat olub

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın 44 ölkəsindən yüzlərlə rəssamın qatıldığı beynəlxalq sərgi və müsabiqə keçirilib. Ölkəmizi sözügedən tədbirdə təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov müsabiqənin “Rəssamlıq” nominasiyası üzrə laureatı olub.

ADMİU-nun müəllimi Serbiyada keçirilən simpoziumda iştirak edib

15-22 mart tarixlərində Zlatibor şəhərində Zlatibor İnnovasiya Biznes Mərkəzində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. “Şərq ruhunun rəsmi” layihəsinin təşkilatçısı SRU “Vukadınoviç”, həmçinin tərəfdaşları Zlatibor Turizm Təşkilatı, Çayetin Bələdiyyəsi, “Viqor” İbtidai Məktəbi və Rade Filipoviçdir.Bu il simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan təxminən 20 rəssam iştirak edib.Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət […]