ADMİU Beynəlxalq Sosial İş Gününə həsr olunmuş tədbirdə təmsil olunub

Martın 14-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Lalə Məcidova və Sosial iş ixtisasının 3-cü kurs tələbələri Bakı Biznes Universitetində Beynəlxalq Sosial İş Gününə həsr olunmuş debat tədbirində iştirak ediblər.Görüş sosial işin mahiyyətini və onun cəmiyyət üçün əhəmiyyətini daha dərindən dərk etmək baxımından mühüm bir platforma kimi yadda qalıb. Tələbələrimiz debat […]

ADMİU-da Beynəlxalq sosial iş günü ilə bağlı təlim keçirilib

Martın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq sosial iş günü ilə bağlı təlim keçirilib. Təlim mütəxəssisi Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Ülkər Rzayeva tələbələrə maarifləndirici təlimdə sosial işin cəmiyyət üçün əhəmiyyəti və  sosial işin mahiyyəti, prinsipləri və praktiki tətbiqləri barədə bilik və bacarıqları artırmaq barəsində, həmçinin sosial xidmətlər, icma inkişafı, sosial müdafiə və […]

Özbək rektor ADMİU-da qonaq olub

Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Ahadxon Najmitdinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlıq, xüsusən müəllim-tələbə mübadiləsi müzakirə edilib. Qeyd edilib ki, Turan Beynəlxalq Universiteti 2022-ci ildə Özbəkistan Respublikasının Namanqan şəhərində yaradılıb. Universitet özbək, rus və ingilis dillərində əyani, qiyabi və axşam […]

ADMİU tələbələrinə Türkiyədə təhsil imkanları və təqaüd proqramları haqqında məlumat verilib

Fevralın 18-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğanın rəhbərliyi ilə Yurtdışı Türklər və Əqraba İcma Başqanlığının (YTB) heyət üzvləri – Özge Kaya və Mehmet Serdar Ercan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Qonaqları ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova qəbul […]

Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri başlayıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Qazaxıstan Milli İncəsənət Universiteti ilə sıx əməkdaşlıq edir. Universitetlər arasında 09.09.2023-cü il tarixində əməkdaşlıq müqaviləsi bağlanıb. Bu əməkdaşlıq çərçivəsində həmin universitetin 21 magistr tələbəsi elmi təcrübə keçmək məqsədilə ADMİU-ya dəvət olunublar. Qonaq tələbələrlə görüşdə iştirak edən ADMİU-nun Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektor […]

ADMİU-nun müəllimləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin Dizayn (dizaynda 3D qrafika) nominasiyasında televiziya studiyası üçün ən yaxşı dizayn layihəsinə görə birinci yerə layiq görülüb.Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov isə həmin müsabiqənin “Müxtəlif mövzulu yağlı boya rəsm əsəri” üzrə laureatı olub.

Türkiyənin Sinop Universitetinin rektorunun başçılığı ilə nümayəndə heyəti ADMİU-da olub

Türkiyənin Sinop Universitetinin rektoru professor Şakir Daşdəmirin başçılığı ilə bir sıra əməkdaşından ibarət heyət ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub. Qonaqları qəbul edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Görüş zamanı C.Mahmudova ADMİU-nun strukturu, fəaliyyət prinsipləri, Türk dünyası və Türkiyə universitetləri […]

ADMİU-nun tələbələri beynəlxalq festivalda çıxış ediblər

14-19 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində arfa ifaçısı Ceren Necipoğlunun xatirəsinə həsr olunmuş “2-ci Ceren Necipoğlu İstanbul Beynəlxalq arfa festivalı” keçirilib. Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın III təhsil ili tələbələri olan, Beynəlxalq və Respublika müsabiqələr laureatları Safura Mursaliyeva və Nüşabə Rüstəmova təmsil ediblər. […]

ADMİU-nun tələbəsi Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “İnstrumental ifaçılıq” kafedrasının IV tədris ili tələbəsi Həmayə Baxışova Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb. Belə ki, tələbəmiz İngiltərədə onlayn şəkildə keçirilən “Beethoven İnternational Music Competition UK 2025” müsabiqəsində “Master Prize” mükafatına qazanıb.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın tələbəsi olan H.Baxışova proqramda A.N.Skryabin, […]

ADMİU-nun tələbəsi Kazanda qalib oldu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin Aktyor sənəti ixtisası üzrə 1-ci təhsil ili tələbəsi Leyla Məmmədova Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən beynəlxalq bədii qiraət müsabiqəsində iştirak edib. Müsabiqəyə Xalq şairi Səməd Vurğunun “Leyla” şeiri ilə qatılan tələbəmiz 200 iştirakçı arasından 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

ADMİU-nun tələbəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “İnstrumental ifaçılıq” kafedrasının III təhsil ili tələbəsi Safura Mürsəliyeva Fransada keçirilən müsabiqədə ölkəmizi təmsil edib. Onlayn şəkildə keçirilən “Of the Gabriel Faure Music World” müsabiqəsində S.Mürsəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

ADMİU-nun tələbələri Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan Klubunda keçirilən qaliblərinin mükafatlandırılma mərasimində açılış nitqi ilə çıxış edən AYB-nin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq […]