ADMİU-nun SABAH tələbələri Rusiya səhnəsində…

ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak edirlər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər. Tamaşadan […]

SABAH tələbələri beynəlxalq konfrasda

ADMİU-nun Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrulun SABAH mərkəzinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası II təhsil ili tələbələri ilə “COP29 VƏ İNCƏSƏNƏT” mövzusunda keçdiyi təlim nəticəsində yazılan məqalələr Beynəlxalq konfransda dərc olunub. Eləcə də oktyabrın 26-da Azərbaycan Respublikası Gənclər Fondu və “ELM”Gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Şuşa […]

ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox […]

Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunacaq

İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino festivalı kino dünyasına əhəmiyyətli bir töhfə verəcək. Festival 18 oktyabr 2024-cü il tarixində ilk film nümayişləri və ustad dərsləri ilə açılacaq. Festival çərçivəsində Vaqif Mustafayevin ssenari müəllifi və […]

Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun pedaqoqları Vamiq Məmmədəliyev və Samirə Əliyevaya həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə bədii gecə keçirilib. ADMİU-nun rəhbərliyi, professor-müəllim kollektivi, tanınmış sənət nümayəndələri, musiqisevərlər və mətbuat nümayəndələrin iştirak etdiyi tədbir Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyevanın beynəlxalq uğuruna həsr […]

ADMİU-nun tələbəsi beynəlxalq mükafata layiq görülüb

29 sentyabr-04 oktyabr 2024-cü il tarixlərində Moskva şəhərində MBD ölkələrinin iştirakı ilə Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya universiteti tərəfindən təşkil edilən “Восхождение” “Yüksəliş” adlı Beynəlxalq tələbə film festivalı keçirilib. Festivalda 30-dan artıq film müsabiqəyə qoşulub. Ən yaxşı sənədli filmin rejissoru nominasiyası üzrə ADMİU-nun Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi alti filmdən biri olan “Motivator” adlı […]

ADMİU ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub

ADMİU-nun Mülki müdafiə qərargahı rəisi Hüseyn Arif 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində Peşəkar Ziyarətçi qismində iştirak edərək universitetimizi təmsil edib.

QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib

Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin […]

ADMİU-nun müəllimi Braziliyada keçirilən konsertdə çıxış edib

Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı […]

İstanbul Nişantaşı Universitetinin pedaqoqları Bakıda bir sıra işgüzar görüşlər keçiriblər

Xəbər verdiyimiz kimi, 06-15 dekabr 2024-cü il tarixlərində İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib. Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, […]

ADMİU-nun əməkdaşları Başqırdıstanda keçirilən yaradıcılıq Forumunda iştirak ediblər

16-19 sentyabr 2024-cü il tarixlərində Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “Müstəqil Dövlətlər Birliyi: ortaq dəyərlər və mədəniyyətlərin müxtəlifliyi” mövzusunda XVII Forumu keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektorunun təqdimatı ilə foruma universitet əməkdaşları Validə Məmmədova, Yaqut Paşayeva, Mikayıl Mikayılov, Tural Mustafayev ezam ediliblər. Onlar “Birlik […]

Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri başlayıb

Sentyabrın 17-də Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kino rejissorluq ixtisasının tələbələri üçün silsilə ustad dərsləri başlayıb. Qeyd edək ki, 17-20 sentyabr tarixləri arasında baş tutacaq ustad dərsləri iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə gerçəkləşdiriləcək “Film heç bitməsin” beynəlxalq film festivalı çərçivəsindədir.İlk gün Nişantaşı Universitetinin pedaqoqu Tuna […]