26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən festival çərçivəsində 27-28 avqust tarixlərində “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Konfransda 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları […]
ADMİU-da ikili diplom proqramı
ADMİU ilə ARUCAD (Şimali Kipr Türk Respublikası Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti) arasında bağlanmış Əməkdaşlıq Protokoluna əsasən Aktyor sənəti ixtisası üzrə ikili diplom proqramına 2 nəfər yer ayrılıb.
ADMİU-nun müəlliminin əsəri beynəlxalq sərgidə nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Samir Qafarovun “Filosof” əsəri Türkiyədə təşkil olunmuş ESSA IV: 1-ci Dədə Qorqud Beynəlxalq Qarışıq rəsm sərgisində nümayiş edilib. 12-13 iyul tarixlərində keçirilən sərgidə iştirakına görə S.Qafarov Sertifikatla təltif edilib.
ADMİU-nun prorektoru Türkiyədə işgüzar səfərdədir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nizami Əsədov 11-12 iyul 2024-cü il tarixində İstanbul Universiteti və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qara Dəniz Bölgəsi üçün Gələcəyin Zirvəsi və Universitetlərin Rolu” adlı konqresdə iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə səfər edib. Səfərin məqsədini Qara dəniz regionunda müxtəlif universitetlərin […]
ADMİU ilə Lissabon İncəsənət və Mədəniyyət Universitetləri Arasında Beynəlxalq Əməkdaşlıq
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, prorektor dosent Nizami Əsədov və Beynəlxalq Layihələr və Əcnəbilərlə iş şöbəsinin rəhbəri Namiq Kərimov ADMİU-nun beynəlmiləlləşmə strategiyası çərçivəsində Portuqaliyanın Lissabon şəhərindəki məşhur incəsənət və mədəniyyət universitetləri ilə bir sıra mühüm görüşlər keçiriblər. İlk görüş Lissabon Universitetinin İncəsənət Fakültəsində (Faculdade de Belas-Artes da Universidade de […]
ADMİU rektorunun başçılığı ilə nümayəndə heyəti Lissabonda səfərdə olub
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi üzrə 01-04 iyul tarixlərində Portuqliyanın Lissabon Texniki Universitetinə daha bir məhsuldar səfər baş tutub. Səfərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr üzrə prorektor Nizami Əsədov […]
ADMİU-nun nümayəndəsi Polşada təlimdə iştirak edib
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində daha bir işgüzar səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində baş tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Elçin Sərdarov da təlimlərdə […]
ADMİU-nun müəllimi Özbəkistanda təltif edilib
Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilib. 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil edib. Ölkəmizi təmsil edən “Vətən” muğam qrupunun tar […]
ADMİU-nun tələbələri Beynəlxalq Teatr Festivalında uğurla çıxıb ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisasının 4-cü kurs tələbələri Türkiyədə 23-29 iyun tarixləri arasında keçirilən 10-cu Bilkent Universiteti Beynəlxalq Teatr Festivalında iştirak ediblər. Kurs rəhbəri Ruslan İsmayılovun tələbələri Festivalın 4-cü günündə- iyunun 26-da səhnəyə çıxıblar. Onlar Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri […]
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti ADMİU-da…
İyunun 13-də Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnunluğunu bildirib, onu universitetlə tanış edib. Universitetin Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olan Xalq rəssamı Akmal Nur öz […]
ADMİU-nun müəllimi İsveçdə işgüzar səfərdə olub
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketinin icrasına başlanılıb. İş paketi çərçivəsində sahibkarlığın inkişaf etdirilməsinə dair faəliyyətlərin ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiyası, sahə […]
Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyəti banm-də
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinə (BSUN) üzv olan 20 Azərbaycan universitetinin nümayəndələrinin görüşü olub. Görüşdə Şəbəkəyə üzv olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nizami Əsədov iştirak ediblər. Tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov görüşün […]













