İyunun 20-də Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Nizami Əsədov və “Beynəlxalq layihələr və əcnəbilərlə iş” şöbəsinin baş mütəxəssisi Məsturə Quliyeva iştirak ediblər. Dövlət himninin səslənməsi ilə […]
Ənənəvi “Gümüş Nar” festivalı COP29 layihəsinə həsr olunub
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin COP29 layihəsi çərçivəsində yekun açıq hava sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib. Festivalda ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq keçirilən “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Bildirib ki, altıncı […]
ADMIU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, 28 may tarixi ölkəmiz üçün fəxrlə, qürurla qeyd edilən bir tarixdir. Çünki müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və […]
“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları festivalının mətbuat konfransi keçirilib
Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransa TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Ankara Musiqi […]
Heydər Əliyev və qərbi Azərbaycan mövzusunda tədbir keçirilib
Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Böyük ictimai xadim, siyasi lider Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirdən öncə Ulu Öndərin büstünün önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla anılıb.Sonra Ulu […]
ADMIU-nun müəllimləri Gürcüstanda beynəlxalq konfransda çixiş ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının baş müəllimi Pərvanə Həsənova və “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müəllimi Könül Sərkərnamazova Gürcüstan Respublikasının Batumi Dövlət İncəsənət Universitetinin təşkil etdiyi “Ənənələr və Müasirlik” adlı 7-ci beynəlxalq elmi konfransda iştirak ediblər. Qazaxıstan, Özbəkistan, Ukrayna, Latviya, Macarıstan və sair kimi ölkələrdən nümayəndələrin qatıldığı konfransda P.Həsənova “Kino […]
“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIII Beynəlxalq elmi-praktiki konfrans keçirilib.Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransda çıxış edən Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva universitetin rektoru, professor Ceyran Mahmudovanın salamlarını konfrans […]
ADMIU-da Beynəlxalq caz gününə həsr olunmuş sərgi və konsert keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 30 aprel Beynəlxalq Caz gününə həsr olunmuş “Jazzın sədaları” adlı sərgi və konsert proqramı keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Konsertdən öncə ADMİU-nun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək hər kəsi salamlayıb və tədbirin məqsədindən danışıb. Qeyd edib ki, […]
ADMIU-da “Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib
Aprelin 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən məkan dəstəyi verilən konfransda universitetin tələbələri, ekspertlər və qonaqlar iştirak ediblər. Konfransın spikerləri- Əməkdar mədəniyyət işçisi Rahib Azəri, […]
ADMİU-da tələbə-teatrşünasların növbəti konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. ADMİU-nun prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova tədbiri giriş sözü ilə açaraq, teatrşünaslıq sahəsində bu cür konfransların, layihələrin keçirilməsini təqdirəlayiq hal kimi vurğulayıb və bu sənətin inkişafına mühüm […]
ADMİU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Rəssamlıq fakültəsinin təşkil etdiyi sərgi-dəfilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər. ADMİU-nun kafedra müdiri, professor, Xalq rəssamı Arif Əziz başda rektor Ceyran Mahmudova olmaqla, universitetin bütün xanım əməkdaşlarını və xanım tələbələrini 8 mart Beynəlxalq Qadınlar […]
ADMİU-da Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri mövzusunda XXIII Beynəlxalq Elmi-praktiki konfrans keçiriləcək
Konfrans 30 aprel 2024-cü il tarixində Bakıda baş tutacaq. Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.













