Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bədii təhsilin inkişafına yönəlmiş növbəti mühüm təşəbbüs həyata keçirilir. Hazırda Özbəkistan Respublikasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun “Miniatür və kitab qrafikası” kafedrasının professoru Behzod Hacımetov ADMİU-nun Rəssamlıq fakültəsində ustad dərsləri keçir.Bu ustad dərsləri tələbələr üçün yalnız texniki biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda onların yaradıcı […]
ADMİU-nun dosenti Qəbələdə ustad dərsi keçib
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qəbələ şəhər Uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib.Fortepiano ilə tar ixtisaslarını əhatə edən ustad dərslərində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak ediblər.Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri […]
ADMİU-nun dosenti Türkiyədə ustad dərsi keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində “Film heç bitməsin” beynəlxalq film festivalına hazırlıq məsələləri, ADMİU və Nişantaşı Universitetinin birgə həyata keçirməyi planlaşdırdığı “Teatr və kino yaradıcılığı üçün Süni intellekt – tədqiqat və analiz […]
ADMİU-nun dosenti Gülyanaq Məmmədova Özbəkistanda ustad dərsi keçib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan muğamı və milli musiqi sənətimizlə bağlı ustad dərsləri keçirilib. Ustad dərslərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Muğam sənəti kafedrasının dosenti, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova aparıb. Dərslər musiqişünaslıq, solo ifa və xalq çalğı alətləri üzrə […]
ADMİU-da Çaykovskinin “İlin Fəsilləri” əsəri ilə bağlı ustad dərsi keçirilib
Aprelin 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnar Verdiyeva tərəfindən ustad dərsi keçirilib. G.Verdiyeva dahi bəstəkar Çaykovski (Pyotr İlyiç Çaykovski) tərəfindən bəstələnmiş “İlin Fəsilləri” əsəri haqqında tələbələrə məruzə edib. O, çıxışında […]
Tanınmış muzey və sərgi kuratoru Salih Doğanın ADMİU-da ustad dərsləri başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış muzey və sərgi kuratoru, Beynəlxalq Panorama Şurası Məsləhət Şurasının və Türk Dünyası Vəqfi İdarə Heyətinin üzvü Salih Doğan ADMİU-da “Muzey və sərgi quruculuğu və kuratorluğu” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. […]
Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri ADMİU-da ustad dərsi keçib
25-29 noyabr 2024-cü il tarixlərində Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri İoseb Bakuradze Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələri üçün “Səhnə hərəkəti” üzrə ustad dərsləri keçib. Beş gün ərzində davam edən ustad dərslərinin yekunu kimi noyabrın 29-da dərslərdə iştirak edən SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələrinin […]
Professor Ziyadxan Əliyev ADMİU-da ustad dərsi keçib
Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) birgə təşkilatçılığı ilə “Bir əsərin yaranma tarixçəsi” adlı ustad dərsi keçirilib. Ustad dərsin məruzəçisi Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev olub.Tədbirdə “Təsviri-sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan […]
Tanınmış arxeoloq Latife Summerer ADMİU-da ustad dərsləri keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış arxeoloq professor, dr. Latife Summerer ADMİU-da “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) professoru, doktor […]
Dünya şöhrətli rejissorlar ADMİU-da ustad dərsi keçiblər
Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qarğıdalı adası” filmi ilə Karlovı Varı və “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan gürcü rejissoru, prodüser Georgi Ovaşvili və “Qızıl Qlobus” və “Kann” film festivallarının mükafatçısı əfqan rejissor Siddik Barmakın ustad dərsləri keçirilib. ADMİU-nun Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə […]
Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri yekunlaşıb
Sentyabrın 17-dən başlayaraq Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçdikləri silsilə ustad dərsləri yekunlaşıb. Sentyabrın 18-də Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyev “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi” mövzusundakı məruzə ilə ADMİU-lu tələbələrin qarşısına çıxıb. Sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və […]
Rusiyanın məşhur sənətçiləri ADMİU-da ustad dərsi keçiblər
17-18 sentyabr tarixlərində Sankt-Peterburqun Aleksandrinski Teatrının nümayəndələrinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün ustad dərsləri keçirilib. Sentyabrın 17-də Rusiyanın Əməkdar artisti, professor, “Stanislavski” mükafatı laureatı, Aleksandrinski Teatrının bədii rəhbərinin müavini Aleksandr Çepurov “Alexandrinskiy səhnəsinin Qoqol kodu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədən sonra rusiyalı professor tələbələrin suallarını cavablandırıb, onlarla diskussiya şəklində görüşü davam […]













