24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin məşhur rejissor, aktyor, prodüser, ssenarist və kinoşünasları tərəfindən tələbələrə ustad dərsləri keçirilir.
ADMİU-da türk film ustadları ilə görüş
Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitunun dəstəyi ilə 22-27 noyabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə çərçivəsində ölkəmizə gələn türk aktyor, rejisor, prodüser, ssenarist və kinoşünaslar 24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində […]
ADMİU-da Polşa mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələrinə Şərqi Avropa İfaçılıq Sənətləri Platforması, müasir Polşa teatrı üzrə tədris proqramı çərçivəsində ustad dərsləri keçirilir. Dərslər teatr və rəqsə həsr olunmuş mühazirə, təlim və praktiki məşğələlər əsasında təşkil olunur, tələbələrə səhnə hərəkəti fənninin müasir metodologiyaları öyrədilir. Layihənin məqsədi tələbələri Polşa teatrının yeni hadisələri ilə tanış etmək, […]
Rəssamlıq fakültəsinin tələbələrinə ustad dərsi keçilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin II kurs “geyim dizaynı” ixtisasının tələbələrinə Universitetin müəlliməsi, rəssam Nigar Babayeva tərəfindən ustad dərsi keçirilib. Onun, Azərbaycanın xalq rəssamı Bədurə Əfqanlının çəkdiyi rəsmlər əsasında hazırladığı kuklalar izahlı şəkildə tələbələrə nümayiş olunub.
ADMİU-nun “Sosial iş” fakültəsinin tələbələrinə ustad dərsi verilib
07.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qızıl aypara cəmiyyətinin “Sağlamlıq” proqramının rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun “Pediatriya” kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova 1-ci kurs Sosial iş fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsin mövzusunu “10 oktyabr ümumdünya psixi sağlamlıq günü” təşkil edib.
ADMİU-da Sabirə Dünyamalıyeva ustad dərsi keçib
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Sənətşünaslıq doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sabirə Dünyamalıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə ustad dərsi keçib. Dərs zamanı tələbələrə, onların öz təqdimatı ilə milli geyimlərimiz nümayiş olunub. Sabirə xanım geyimlərin tarixindən və xarakterik xüsusiyyətlərindən ətraflı məlumatı tələbələrə çatdırıb.
Rəssam Fərəh Əliyeva “Rəssamlıq” fakültəsinin tələbələrinə ustad dərsi keçib
Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklaları Beynəlxalq Təşkilatının üzvü, “Müəllif kuklalar” art-studiyasının bədii rəhbəri, Moskva Beynəlxalq sərgisinin (2011), I və II “Fusion Doll” Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı rəssam Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın “Rəssamlıq” fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsdə rəssam ona aid kuklaları sərgiləyib və kuklaların hazırlanmasını mərhələ […]
Tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerinin mühazirəsi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında British Counsil təşkilatının təşəbbüsü ilə Böyük Britaniyanın tanınmış sənədli film rejissoru və televiziya jurnalisti Corc Kerinin Kino və televiziya, Kulturologiya fakültələrinin tələbələri üçün mühazirə keçirilib. C.Keri həm siyasi xəbərlər, həm də Şərqi Avropanın mədəniyyəti və filmləri sahəsində çalışıb (“Əli və Nino” filminin rejissorudur). BBC və digər məşhur telekanallarda […]
“Dünyada və Türkiyədə kitabxanaçılıq adlı” elmi seminar keçirilmişdir
21 aprel 2016-cı il tarixində ADMİU-da “Dünyada və Türkiyədə kitabxanaçılıq adlı” elmi seminar keçirilmişdir. Konfransda Türkiyənin Haccetepe və Kastamonu Universitetlərinin kitabxanaçılıq fakültələrinin Professor-müəllim heyətinin təqdimatı ilə “Dünyada və Türkiyədə Kitabxanaçılıq /Bilgi ve BelgeYönetimi təhsili: Müxtəlif üniversitet nümunələri” mövzusunda panel iclası keçirildi. Tədbiri giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor […]
Luciya Marenzo adına Musiqi Kunservatoriyasının professorları Vittoriya Luçari və Klaudio Marini “Ustad dərs”-i verib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davamlı olaraq xaricdən dəvət edilən mütəxəssislərin keçdiyi “Ustad dərs”ini bu dəfə İtaliyanın Breşka şəhəri Luciya Marenzo adına Musiqi Kunservatoriyasının vokal kafedrasının müdiri, professor Vittoriya Luçari və professor Klaudio Marini verib. Onlar Universitetinin solo ixtisası üzrə təhsil alan tələbələri ilə konkret əsərlərin ifası üzərində düzgün nəfəs texnikası, diofraqma və s. […]
Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi tələbələrə məşğələlər keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilin daha yaxşılaşdırılması, innovativ yanaşma, tələbələrin fərqli müəllimlərdən dərs almaq, digər ölkələrdə olan tədris prosesləri ilə tanış olmaq, təcrübələrini artırmaq məqsədi ilə xarici mütəxəssislərin Universitetə dəvəti davam edir. Bu dəfə ADMİU-da yazıçı, Nyu York Müstəqil Film Kollektivinin əsasını qoyanlardan biri və direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Bakı Fransız Liseyi arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Bakı Fransız Liseyi Təhsil Kompleksində Bakı Fransız Liseyi (BFL) arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb. Memarandumu ADMİU-nun rektoru professor FərəhƏliyeva, BFL-in İdarəetmə Komitəsinin sədri, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov imzalayıb. İmzalanma mərasimindən sonra əməkdaşlığın ilk layihəsi olan birgə konsert proqramı təşkil olunub. Konsert ADMİU-nun Tələbə-Gənclər Estrada Orkestri (30 nəfər) […]









