Herbert Poulişin və Ana Raduleskonun Sosial iş ixtisasında təhsil alan I kurs tələbələri ilə görüşü keçirilib

ADMİU-da “Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi” layihəsinin kordinatoru avstriyalı eksperti, Azərbaycanda Sosial Xidmət Təminatı Tvinninq layihəsinin müşaviri Herbert Poulişin və Buxarest Universitetinin professoru, Rumıniya Sosial İşçilər Assosiasiyasının direktoru, eyni zamanda sözügedən tvinninq layihəsinin əsas ekspertlərindən biri Ana Radulesko ilə Universitetin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələri ilə görüş keçirilib.

Ukrayna Milli Operasının rejissoru Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib

Ukrayna Milli Operasının rejissoru, Beynəlxalq festival və müsabiqələrin laureatı, Beynəxalq vokal və teatral müsabiqələrin daimi üzvü Larisa Levanova vokal və estrada ifaçılığında təhsil alan tələbələrlə ustad dərsi keçib. Dərsdə Universitetin professor-müəllim heyəti, tələbələrlə yanaşı bu yaxınlarda Universitetdə ustad dərsi verən Ukraynanın əməkdar artisti, Ukrayna Mədəniyyət və İncəsənət Universitetində Vokal kafedrasının dosenti, Ukrayna “Superzvezda” layihəsinin musiqi […]

Almaniyanın Vürsburq Universitetinin professoru xanım Ziqlinde Hartman tələbələrə ustad dərsi keçib

Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdə olub. Professor ADMİU-nun tələbə və müəllim kollektivi ilə görüşüb və tələbələrə “Alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib.

Fransanın tanınmış xoreoqrafı və müasir rəqs ifaçısı Emmanuel Uyunhin tələbələrə ustad dərsi keçirib

Fransanın tanınmış xoreoqrafı və müasir rəqs ifaçısı Emmanuel Uyunhinin ustad dərsi keçirilmişdir. Çox maraqlı və fərqli kompozisiyaları ilə seçilən rəqqas, öz yaradıcılığında müxtəlif mədəniyyətləri birləşdirə bilir və şərq elementlərindən bacarıqla istifadə edir. Emmanuel Hyunh 2014-cü ildən Fransada Müasir Rəqs Milli Mərkəzinin rəhbəri olaraq 2009-cu ildən orada hər il Schools Beynəlxalq rəqs fesitalı keçirir.

Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi Anuka Murvanidze ustad dərsi verib

Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi, bir çox tanınmış beynəlxalq layihələrin qrim ustası olan Anuka Murvanidze ustad dərsi verib. Anuka Murvanidze tələbələrə qrim sənətinin tarixi, kino, teatr, səhnə, şou və televiziya üçün qrim və vizaj, kosmetik vasitələr və onlardan düzgün istifadə haqqında geniş məlumat verib. Məşğələlərdə Universitetin Rəssamlıq fakultəsinin IV kurs tələbələri və eləcə də […]

Ümumrusiya Dövlət Kinomotaqrafiya Universitetinin professoru Leonid Vasilyeviç Kоноvalov qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq əlaqələr, digər ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı mübadilə yolu ilə bilik səviyyəsinin daha da artırılması istiqamətində yeni təşəbbüsə başlanılıb. Əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə keçirilən Ustad dərsləri, treninqlər, seminar və konfranslarla yanaşı Universitetdə artıq onlayn vasitəsi ilə ustad dərslərinə də start verilib. İlk dərs Sənətşünaslıq üzrə fəlsəfə doktoru, […]

Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Yelena Makarovanın iştirakı ilə seminar keçirilib

Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosiomədəni fəaliyyətin Menecmenti” kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə “Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr” adlı seminar keçirilib. Seminarda Sənətşünaslıq və Kuturologiya fakultələrinin müəllim-professor və tələbələri iştirak edib.